Ermənilər 3 min yəhudini qətlə yetirib - İsrailli ekspert

Ermənilər 3 min yəhudini qətlə yetirib
Müasir mərhələdə Yaxın Şərq regionunda vəziyyət çox mürəkkəb və təhlükəlidir. Bu vəziyyətdə regionun bütün dövlətləri, o cümlədən İsrail rəsmiləri tərəfindən hər bir məsələyə, hər addıma dərin düşünülmüş, ölçülüb-biçilmiş və ehtiyatlı yanaşma tələb olunur.

Bu fikirləri beynəlxalq münasibətlər üzrə tanınmış israilli ekspert, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut bir sıra erməni lobbiçilərinin İsrail Dövlətinin Knessetində qondarma “erməni soyqırımı”nı qəbul etdirmək cəhdlərindən söz açılan İsrailin 10-cu televiziya kanalının ən populyar “London və Kirşenbaum” analitik verilişinin canlı efirində söyləyib.

Aparıcının qondarma “erməni soyqırımı”nın İsrail Knesseti tərəfindən tanınması ehtimalı və bu məsələnin Azərbaycan-İsrail əlaqələrinə təsiri ilə bağlı sualını cavablandıran Arye Qut deyib ki, İsrail Knesseti elmi mərkəz, tarix institutu deyil, İsrail Dövləti hakimiyyətinin qanunverici qoludur.

Arye Qut əlavə edib: “Hesab edirəm ki, mübahisəli və sırf tarixi xarakterli bu məsələni “qurdalasaq, qurdu çıxar”. Burada bir çox ziddiyyətli və qaranlıq məqamlar var. Çoxlu yalan məlumatlar və saxtalaşdırma halları mövcuddur. Hər iki dövlət arxivlərini açmalı, alimlərin bu hadisələr haqqında əsl həqiqəti sənədlər və faktlar əsasında dünyaya sübut etməsi və göstərməsinə şərait yaratmalıdır. Ermənilər həmişə 1915-ci il hadisələrini Holokostla müqayisə etməyə çalışırlar. Mən, Holokost dəhşətlərini yaşamış ailənin nümayəndəsi kimi, yəhudi xalqının fəlakətini – Holokostu 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş faciə ilə müqayisə edə bilmərəm. Əminəm ki, yüzillik tarixi olan hadisələrlə İsrail parlamentariləri yox, tarixçilər məşğul olmalıdırlar. Mövcud problemlərin həlli yollarını tapmaq tarixçilər üçün daha asandır. Lakin tarix elmi hər zaman siyasi hesablaşmalar üçün “münbit” zəmin olub və heç şübhəsiz, gələcəkdə də belə olacaq. Mənə izah edin, biz nəyin xətrinə qondarma “erməni soyqırımı”nı qəbul etməliyik - yalnız Ermənistandan və ermənilərdən komplimentlər almaq üçünmü? Belə bir addım atmaqla İsrail Dövlətinin milli maraqları əleyhinə yönəlmiş növbəti təxribat törədə biləcək siyasətçilərə müraciət edirəm. Bu gün erməni lobbisinin maraqlarına xidmət edən həmin İsrail deputatları İsrail Dövlətinin milli və geosiyasi mənafelərini düşünmürlər”.

Qutun sözlərinə görə, bu məsələ Azərbaycan üçün çox həssas və ağrılıdır. “Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib, ölkədə 1 milyon qaçqın var. Digər tərəfdən, tarixə nəzər saldıqda, İsrail televiziya tamaşaçıları üçün vurğulamaq istəyirəm ki, bir əsr ərzində erməni millətçiləri Azərbaycan xalqına qarşı bir neçə dəfə soyqırımı törədiblər. Onda gəlin 1905, 1907, 1918, 1992-ci illərdə baş verən hadisələri də müzakirə edək və soyqırımı kimi qəbul edək. İsrail auditoriyasının diqqətinə onu da çatdırmaq istəyirəm ki, ermənilər təkcə azərbaycanlılara qarşı yox, yəhudilərə qarşı da soyqırımı törədiblər. 1918-ci ildə ermənilərin silahlı hücumu nəticəsində Azərbaycanda 50 min azərbaycanlı həlak olub. Sənədlərə və şahidlərin xatırladıqlarına görə, erməni daşnaklar müsəlmanlarla yanaşı, 3 min dağ yəhudisini də qətlə yetiriblər.

Şəxsən özüm Azərbaycandakı arxivlərdə olmuşam və bütün bu sənədləri öz gözlərimlə görmüşəm. Mən sizə tarixi fotoşəkilləri göstərməyə hazıram, qoy tamaşaçılarımız görsünlər...Yuxarıda göstərilən faktiki materiallar ermənilərin qanlı cinayətlərinin sübutlarıdır ki, onları Holokosta qədər yəhudilərin məruz qaldığı ilk kütləvi qırğın da adlandırmaq olar. Azərbaycan Respublikasındakı Yəhudi icmasında 1918-1919-cu illərdə erməni millətçilərinin quldur dəstələri tərəfindən dağ yəhudilərinin kütləvi qətlə yetirilməsini sübut edən faktlar var”, -deyə Arye Qut canlı efirdə qeyd edib.(axar.az)

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bu gün 42 dərəcə isti olacaq
Bu gün 42 dərəcə isti olacaq
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi
Düşmən atəşkəsi 101 dəfə pozub
Düşmən atəşkəsi 101 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif
Ələtdəki qəzanın səbəbi açıqlandı - VİDEO
Ələtdəki qəzanın səbəbi açıqlandı - VİDEO
Bakı-Ələt magistral yolunda baş verən dəhşətli qəza yük maşını sürücüsünün
reklam
Avtobus qəzasında 1 nəfər ölüb, 13 nəfər yaralanıb
Avtobus qəzasında 1 nəfər ölüb, 13 nəfər yaralanıb
Bu barədə açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri
6 ayda 240 mindən çox it peyvənd olunub
6 ayda 240 mindən çox it peyvənd olunub
Bu il yanvarın əvvəllərindən etibarən ölkə ərazisində Kənd Təsərrüfatı
 
XİA.az - TƏQDİMAT