Rəsmi Bakıdan kombayn və sürücüsünün atəşə tutulmasına — REAKSİYA

Rəsmi Bakıdan kombayn və sürücüsünün atəşə tutulmasına — REAKSİYA
"Mayın 29-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Füzuli rayonunun Qorqan kəndi istiqamətində yerləşən mövqelərindən taxıl sahəsində kənd təsərrüfatı işləri yerinə yetirən kombaynı və onun sürücüsünü atıcı silahlardan atəşə tutmasını kəskin şəkildə pisləyir və Ermənistanın növbəti təxribatı kimi qiymətləndiririk".
XİA.az xəbər verir ki, bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Təyinatına, ölçülərinə və xarici görünüşünə görə əkin sahəsində fəaliyyət göstərən kombaynı ayrıd etmək çox asandır. Lakin aydın şəkildə görünür ki, Ermənistan silahlı qüvvələrinin məqsədi sözügüdən mülki obyektə qarşı hədəflənmiş hücum aktı olmuşdur.
Ermənistan tərəfindən qoşunların təmas xəttində təxribatlar törətmək məqsədilə qəsdən mülki insanların, o cümlədən azyaşlı uşaqların və mülki obyektlərin hədəfə alınması sistematik xarakter daşıyır.

Bu son hadisə də bir daha göstərir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğunu davam etdirməsinə və Azərbaycanın ərazilərinin işğal altında saxlanmasına əsaslanan status-kvo qəbuledilməzdir və regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalmaqda davam edir. İşğala əsaslanan status-kvonun dəyişdirilməsi üçün Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır", - deyə XİN rəsmisi vurğulayıb.

Ölkə.Az

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bu gün 42 dərəcə isti olacaq
Bu gün 42 dərəcə isti olacaq
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi
Düşmən atəşkəsi 101 dəfə pozub
Düşmən atəşkəsi 101 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif
Ələtdəki qəzanın səbəbi açıqlandı - VİDEO
Ələtdəki qəzanın səbəbi açıqlandı - VİDEO
Bakı-Ələt magistral yolunda baş verən dəhşətli qəza yük maşını sürücüsünün
reklam
Avtobus qəzasında 1 nəfər ölüb, 13 nəfər yaralanıb
Avtobus qəzasında 1 nəfər ölüb, 13 nəfər yaralanıb
Bu barədə açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri
6 ayda 240 mindən çox it peyvənd olunub
6 ayda 240 mindən çox it peyvənd olunub
Bu il yanvarın əvvəllərindən etibarən ölkə ərazisində Kənd Təsərrüfatı
 
XİA.az - TƏQDİMAT