ETSN-də Cümhuriyyətin 100 illiyi qeyd olunub

ETSN-də Cümhuriyyətin 100 illiyi qeyd olunub
29 may 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Nazirliyin kollektivi və tarix elmləri doktoru, professor, Milli Məclisin deputatı Musa Qasımlı iştirak edib. M.Qasımlı çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünün qeyd olunması ilə bağlı keçirilən tədbirlərin milli şüurun formalaşmasında mühüm əhəmiyyətini və Cümhuriyyətin milli dövlətçilik tariximizdə misilsiz rolunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, bu gün ölkədə milli tariximizə, mədəniyyətimizə xüsusi qayğı göstərildiyini qeyd edərək Cümhuriyyətin yaranması, fəaliyyəti, həmin dövrün ictimai-siyasi durumu barədə məlumat verib. Azərbaycanın müasir dövlətçilik tarixi haqqında danışan tarixçi-alim ölkənin müstəqilliyinin möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyevin və bu ənənənin davamçısı Prezident İlham Əliyevin müstəsna xidmətlərini xüsusi vurğulayıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bu gün 42 dərəcə isti olacaq
Bu gün 42 dərəcə isti olacaq
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi
Düşmən atəşkəsi 101 dəfə pozub
Düşmən atəşkəsi 101 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif
Ələtdəki qəzanın səbəbi açıqlandı - VİDEO
Ələtdəki qəzanın səbəbi açıqlandı - VİDEO
Bakı-Ələt magistral yolunda baş verən dəhşətli qəza yük maşını sürücüsünün
reklam
Avtobus qəzasında 1 nəfər ölüb, 13 nəfər yaralanıb
Avtobus qəzasında 1 nəfər ölüb, 13 nəfər yaralanıb
Bu barədə açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri
6 ayda 240 mindən çox it peyvənd olunub
6 ayda 240 mindən çox it peyvənd olunub
Bu il yanvarın əvvəllərindən etibarən ölkə ərazisində Kənd Təsərrüfatı
 
XİA.az - TƏQDİMAT