Əli Həsənov jurnalistlərin suallarını cavablandırıb

Əli Həsənov jurnalistlərin suallarını cavablandırıb
Mayın 29-da Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının dəvəti ilə Azərbaycana gəlmiş indoneziyalı jurnalistlərlə görüşüb.

Görüşdə Əli Həsənov Azərbaycanın tarixindən, mədəniyyətindən, xalqımızın adət-ənənələrindən, İslam dininin bu bölgədə yayılması və spesifikasından, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyətindən, mövcud olduğu qısa müddətdə həyata keçirdiyi mühüm tədbirlərdən, dövlət idarəçiliyində demokratik normaları bərqərar etməsindən, eləcə də Cümhuriyyətin süqutu və Azərbaycanın SSRİ-nin tərkibindəki 70 illik tarixindən danışıb.

Prezidentin köməkçisi, həmçinin qonaqlara 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra keçdiyi uğurlu inkişaf yolu, ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan dövlətinin qurulması, əldə edilən böyük nailiyyətlər, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun yaratdığı fəsadlar, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları barədə məlumat varib.

Görüşdə Əli Həsənov jurnalistlərin suallarını cavablandırıb.

Ölkəmizə səfərlərinin onlarda zəngin təəssürat yaratdığını qeyd edən indoneziyalı media təmsilçiləri Azərbaycandakı multikultural və tolerant mühitin, Bakının gözəlliyinin, bütövlükdə Azərbaycanda gördükləri inkişaf proseslərinin onları valeh etdiyini bildiriblər.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT