“Euractive” portalı Hikmət Hacıyevin məqaləsini yaydı

“Euractive” portalı Hikmət Hacıyevin məqaləsini yaydı
"Ermənistanın yeni hakimiyyəti əvvəlki rejimin səhvlərini təkrar etməyə meyllidir”.

XəzərXəbər-in məlumatına görə, bunu AzərbaycanXarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Brüsseldə çıxanvə Avropanın ictimai-siyasi dairələrində geniş oxucu kütləsi olan "Euractive” dərgisində dərc edilən"Ermənistan-Azərbaycan münaqişəsi: Davalı sülh və əbədi müharibə arasında” başlıqlı məqaləsində bildirib.

"Təəssüflə qeyd etməliyik ki, Ermənistan Xarici İşlər Nazirliyinin son bəyanatları Ermənistan-Azərbaycan münaqişənin həlli və regionun inkişafı ilə əlaqədar hər hansı konstruktiv baxış ortaya qoymur. Serj Sarkisyan erasını xatırladan bəyanatlarla çıxış edən Ermənistan Xarici İşlər Nazirliyi gələcəyə baxış olmadan qonşu dövlətlərə qarşı yalnız əsassız iddialarla çıxış edir", - o qeyd edib.

H.Hacıyev deyib ki,Ermənistan gücdən istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal edib: "Ermənistanda labüd hakimiyyət böhranı baş verəndə Azərbaycan açıqlama ilə çıxış edərək bildirdi ki, yeni hakimiyyət sağlam təfəkkürlü siyasət yürüdərsə, münaqişənin həllində irəliləyiş əldə etmək olar. Amma indiyə qədər görünən odur ki, Ermənistanın yeni hakimiyyəti əvvəlki rejimin səhvlərini təkrar etməyə meyllidir. Ermənistan rəhbərliyi başa düşməlidir ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi və ya ərazi əldə edilməsi cəhdləri qəbuledilməzdir. Ermənistanın işğala əsaslanan mövcud status-kvonu saxlamaq və Azərbaycan ərazilərinin ilhaq etmək cəhdləri heç zaman gözlənilən nəticəni verə bilməz və heç zaman legitim hesab oluna bilməz. İşğalın davam etdirilməsi Ermənistanın geosiyasi və geoiqtisadi tənəzzülünü daha da dərinləşdirəcək. Ermənistanın yeni rəhbərliyi qanunun aliliyi və insan hüquqlarına hörmət etdiyini iddia edirsə, onda Ermənistanın beynəlxalq hüquqi öhdəliklərinə əsl sadiqliyini əməldə nümayiş etdirməlidir. Bu mənada BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalı, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının qarşını almağı dayandırmalı və qonşularla sivil münasibətlər qurmalıdır”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən Lalə
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
Deputatın oğlu məhkəmədə ifadə verib
Deputatın oğlu məhkəmədə ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur
reklam
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Gəncədə baş verən hadisəni qətiyyətlə pisləyirəm. Bu hadisələr din pərdəsi
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Gəncədə baş verən hadisələrə görə hər bir Azərbaycan vətəndaşı kimi
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Bir neçə gün əvvəl Gəncədə terror hadisəsi yaşandı. Biz terrorun hər
 
XİA.az - TƏQDİMAT