“Sərdar Cəlaloğlunun gedib-gələn nəfəsi belə yalandır” - Araz Əlizadə

“Sərdar Cəlaloğlunun gedib-gələn nəfəsi belə yalandır”

“Mən də uzun illərdən bəri siyasi partiya sədriyəm, bəs mən niyə bu qədər mülkə sahib deyiləm? Halbuki, mənim imkanım olanda bu adamların heç birinin imkanı yox idi”.

Bu sözləri “Hürriyyət”-ə açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun yeni tikdirdiyi 3 mərtəbəli villası haqqında danışarkən bildirib.

ADP sədri haqqında çox danışmaq istəmədiyini vurğulayan Araz Əlizadə deyib ki, Sərdar Cəlaloğlunun gedib-gələn nəfəsi belə yalandır:

“İndi bu qədər varı-mülkü, əmlakı var, özü bilər. Ancaq adam danışanda düzünü deməlidir. İnsanları aldatmaq lazım deyil. Danışanda, Sərdar Cəlaloğlu yalandan ağlayıb deyir ki, heç nəyi yoxdur. Eybi yox, bu onun vicdanına bağlıdır. Mənim imkanım olanda isə hər zaman xeyriyyəçiliklə məşğul olmuşam.

Vaxtilə əlimə pul düşəndə Əzizə Mustafazadəni müsabiqəyə göndərmişəm, İlqar Məmmədov adlı bir uşağı xarici ölkədə cərrahiyyə əməliyyatı etdirmişəm, qaçqın və məcburi köçkünlərə yardım göstərmişəm, onlar yorğan-döşək, yemək-içmək vermişəm.

İmkanım olan zaman əsas məqsədim bu cür işlərə sərf edilib. Daha özümə villa, ev tikdirməmişəm. Mən pulu yastığımın altına yığmaq üçün qazanmamışam. Özü də həmin pulları mən siyasətdən deyil, biznesdən qazanmışam”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik günü” münasibətilə tədbir keçirilmişdir
FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik günü” münasibətilə tədbir keçirilmişdir
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 17
Dövlət Miqrasiya Xidmətində təlim
Dövlət Miqrasiya Xidmətində təlim
Təlim miqrasiya orqanları işçilərinin peşəkarlıq səviyyəsinin
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və
reklam
Latviyanın ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Latviyanın ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Latviya Respublikasının ədliyyə naziri Dzintars Rasnaçsın başçılıq etdiyi
Müdafiə naziri düşmənə qarşı daha sərt tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verib
Müdafiə naziri düşmənə qarşı daha sərt tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verib
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov
Müdafiə naziri təlimlər keçirilən bölgəyə gəlib
Müdafiə naziri təlimlər keçirilən bölgəyə gəlib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
 
XİA.az - TƏQDİMAT