İrəvan müharibə variantını seçdi: cavabı olacaq

İrəvan müharibə variantını seçdi: cavabı olacaq
Erməni tərəfinin bu təlimləri keçirməsi onu deməyə əsas verir ki, Düşənbədə atəşkəs rejiminə əməl edilməsi ilə bağlı əldə edilmiş razılaşma öz qüvvəsini itirir.

Bu sözləri Axar.az-a 6 noyabrda Qarabağda separatçı hərbi birləşmələrin hərbi-taktiki təlimlərə başlamasına münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O vurğulayıb ki, erməni tərəfinin hərbi təlimləri davam etdirməsi onların müharibəyə hazırlaşması anlamına gəlir:

“Təlimin məqsədləri haqqında müxtəlif ibarələr işlədilməsinə baxmayaraq, görünən odur ki, onlar müdafiə müharibəsinə hazırlaşır. Bu da onu deməyə əsas verir ki, ermənilər Azərbaycan Ordusunun gücünü, qüvvətini yaxşı bilir. Ona görə də Dağlıq Qarabağı, işğal etdikləri əraziləri müdafiə etmək məqsədi ilə bu təlimi keçirirlər. Keçirilən bu təlimlər Düşənbə razılaşmasının ruhuna ziddir. Erməni tərəfi bu razılaşmanı əslində çoxdan pozub. Amma onların hərbi təlimlərə başlaması artıq Düşənbə razılaşmasının öz əhəmiyyətini itirməsi anlamına gəlir”.

Politoloq vurğulayıb ki, erməni tərəfi hər zamankı ritorikasını yenə təkrarladı:

“Onların yeni baş naziri Nikol Paşinyan atəşkəs rejiminin qorunması ilə bağlı Azərbaycan tərəfinə yalvarırdı. Amma görünən odur ki, o öz bildiyindən də əl çəkmir”.

Politoloq qeyd edib ki, cəbhədə vəziyyət Düşənbə görüşünə qədər olan vəziyyətə qayıdacaq:

“Azərbaycan tərəfi də yəqin ki, bunları nəzərə alacaq və qarşı tərəfin hazırlığını pozan, nəticələrini aradan qaldırmaq istiqamətində döyüş hazırlığı təlimləri keçirəcək. Ola bilsin ki, Azərbaycan tərəfi payız-qış mövsümü ərəfəsində yeni, daha irimiqyaslı təlimlərə start versin. Biz heç vaxt erməni ordusunun üstünlük qazanmasına imkan verməyəcəyik. Bunun üçün ölkəmizin hər cür resursları var. Orduda onsuz da yüksək səviyyədə təlimlər keçirilir və bu. davam edəcək”.

Qeyd edək ki, 6 noyabrda Dağlıq Qarabağdakı erməni hərbi birləşmələri hərbi-taktiki təlimlərə başlayıb. Təlimlər 4 mərhələdə keçiriləcək. 10 noyabra qədər davam edəcək təlimlər zamanı təlimlərə cəlb olunan qüvvə və vasitələrin qarşılıqlı hərbi fəaliyyətinin səviyyəsinin qaldırılması, hərbi hissələrin yüksək hərbi hazırlıq vəziyyətinə gətirilməsi planlarının reallıqda yoxlanılması qarşıya məqsəd qoyulub.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Xeyli miqdarda aksiz markasız spirtli içki aşkarlanıb
Xeyli miqdarda aksiz markasız spirtli içki aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin
Gömrükçülər qanunsuz yolla keçirilən mobil telefonlar aşkarladı
Gömrükçülər qanunsuz yolla keçirilən mobil telefonlar aşkarladı
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat
Vergilər Nazirliyindən taksi sürücülərinə XƏBƏRDARLIQ
Vergilər Nazirliyindən taksi sürücülərinə XƏBƏRDARLIQ
Ölkəmizdə taksi xidməti əsasən fərdi sahibkarlıq subyektləri üzərində
reklam
Neonasistlər provokasiyaya əl atırlar
Neonasistlər provokasiyaya əl atırlar
Neonasistlər qrupu Berlində yəhudilərə məxsus 70 mağaza, təşkilat və
Avstriya prezidenti casus qalmaqalının tam şəkildə araşdırılmasını tələb edib
Avstriya prezidenti casus qalmaqalının tam şəkildə araşdırılmasını tələb edib
Avstriyanın dövlət başçısı Aleksander Van der Bellen ölkəsində Rusiyaya
Göygöldə iki maşın toqquşdu, ölən var
Göygöldə iki maşın toqquşdu, ölən var
Göygöl rayonunun Balçılı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
 
XİA.az - TƏQDİMAT