Ermənistan əsgərləri arasında qeyri-döyüş şəraitində ölənlərin sayı artıb - erməni hüquq müdafiəçiləri

Ermənistan əsgərləri arasında qeyri-döyüş şəraitində ölənlərin sayı artıb
Erməni əsgərləri arasında döyüş olmayan şəraitdə ölənlərin sayı artıb.

Ermənistanın Hərbi qulluqçuların sığorta fondu 2019-cu ilin yanvarın 1-də öz saytında 2015-2018-ci il ərzində ölən və ya I və II qrup əlili olan 208 zabit və əsgərin adıını açıqlayıb.

Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki,Helsinki vətəndaş assambleyasının Vanadzor ofisinin rəqəmlərinə görə isə Ermənistan Silahlı qüvvələri 2018-ci ilin 9 ayı ərzində Dağlıq Qarabağda 44 hərbçisini itirib.

Hüquq müdafiə təşkilatından verilən hesabatda onlardan yalnız 34-nün mətbuat tərəfindən işıqlandırıldığı göstərilib.

Həmin rəqəmlər içində 27 hərbi qulluqçunun hərbi xidmət zamanı öldüyü qeyd olunub. Onlardan 7-i atəşkəsin pozulması nəticəsində, 6-sı təmas xəttində, 1-i isə Azərbaycan-Ermənistan sərhəddində öldürülüb. 8 erməni əsgəri intihar edib, 5-i isə öz hərbi hissələrində müxtəlif cinayətlərə qurban gedib.

2017-ci ilin yanvar-sentyabr aylarında 50 hərbi qulluqçunun öldüyü barədə məlumat verilmişdi. Onlardan 21-i atəşkəs pozulması zamanı vurulub. Intihar və digər cinayətlərdən gedənlərin sayı isə 15 nəfər təşkil edib.

Bundan başqa 2017-ci ildə 5 erməni əsgəri xəstəlikdən, 8-i isə yol qəzalarından dünyasını dəyişib.

2018-ci ilin yanvar-sentyabr aylarında isə xəstəlikdən ölən erməni əsgərlərinin sayı 8-ə, yol qəzalarında məhv olanların sayı 11-ə çıxıb.

Helsinki vətəndaş assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts 2018-ci ildə qeyri-döyüş şəriatində ölən əsgətlərin sayının artıdğına diqqət çəkib.

A.Sakunts buna səbəb olaraq Müdafiə nazirliyinin texniki və tibb xidmətlərinin səriştəsizliyini göstərir. Onun sözlərinə görə, N.Paşinyan hakimiyyətə gəldikdən sonra da bu sahədə ciddi irəliləyiş əldə olunmayıb.

“İnqilabda sonra Müdafiə nazirlriyində dəyişən tək şey nazirdir. Bütün neqativ hallar olduğu kimi qalıb”,-deyə “İnsan haqları uğrunda jurnalistlər” adlı qeyri-hökumət təşkilatının rəhbəri Janna Aeksanyan mətbuata bildirib.

Janna Aleksanyan qeyri-döyüş itkilərinin əsas səbəbini yüksək rütbəli zabitlərin cəzasız qalmasında görür.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır - VİDEO
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər respublikada yol
Gəncə Dövlət Universitetində nə baş verir?
Gəncə Dövlət Universitetində nə baş verir? - TƏLƏBƏLƏR İMTAHANLARDAN KÜTLƏVİ ŞƏKİLDƏ KƏSİLİR + Vide
Gəncə Dövlət Univerisitetində qış imtahan sessiyasında yüzlərlə tələbə
Prezident Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edib
Prezident Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edib
Prezident İlham Əliyev SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt
reklam
Yol polisi də hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq etdi
Yol polisi də hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq etdi - DİQQƏT
Rüfət Quliyev: “Sürücülük təcrübəsi 3 ildən az olanlar belə hava
Binəqədi rayonuda Rumıniyanın Mədəniyyəti Günü ilə bağlı tədbir keçirilmişdir
Binəqədi rayonuda Rumıniyanın Mədəniyyəti Günü ilə bağlı tədbir keçirilmişdir
15 Yanvar 2018 – ci il tarixində Binəqədi rayonu ərazisində yerləşən dahi
 
XİA.az - TƏQDİMAT