“Xocalıda qətilam törədənlər ədalət məhkəməsində cavab verəcəklər” - Bahar Muradova

“Xocalıda qətilam törədənlər ədalət məhkəməsində cavab verəcəklər”
“Qarabağ hadisələri üzərindən Ermənistanda hakimiyyətə gələrək özünün təhlükəsizliyini təmin edənlər bir gün bu hüquqlarını itirəcəklər. Artıq bu gün o şəxslərin bir çoxu Ermənistanda təhlükəsizliklərinin təminatı hüququnu itirərək, cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmə ittihamları ilə üzə-üzədirlər”.
Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məcliisn sədr müavini Bahar Muradova deyib.

Onun sözlərinə görə, həm Xocalı faciəsini törədənlər, həm buna qədər, həm də ondan sonra Azərbaycan xalqına qarşı vəhşilikləri, insanlıq əleyhinə cinayətləri törədənlər mütləq şəkildə bir gün ədalət məhkəməsi qarısında cavab verməli olacaqlar.
“Bu cinayətkar insanlar təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda Ermənistanda hakimiyyətə gəldikdən sonra öz xalqına qarşı cinayət törətdilər. Artıq onlar öz vətəndaşlarına qarşı törətdikləri cinayətlərə görə ittiham olunurlar. Amma həmin insanlara qarşı ittihamların üzərinə insanlıq əleyhinə cinayət törədicisi kimi ittiham da əlavə olunacaq və onlar törətdikləri cinayət əməlinə görə məsuliyyət daşıyacaqlar”,- deyə B. Muradova bildirib.
Vitse-spiker əlavə edib ki, əgər erməni xalqı və indiki hakimiyyəti bu cinayətlərə şərik olmaq istəmirlərsə, o zaman Xocalıda qətliam törədənləri, öz xalqına qarşı qətliam aktı törətməkdə ittiham aktlarına Azərbaycan xalqına qarşı törətdikləri cinayətlər əlavə olunmalıdır.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub
Fevralın 27-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstanın Prezidenti xanım
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes Gəncədədir
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes Gəncədədir
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Avropa Şurasının
reklam
Akşənər:
Akşənər: - Xocalı türk millətinə qarşı olan qətliamdır
Xocalı qətliamı türk millətinə qarşı edilmiş bir qanlı qətliamdır.
TRT World Xocalı soyqırımı ilə bağlı Bakıdan canlı yayım etdi
TRT World Xocalı soyqırımı ilə bağlı Bakıdan canlı yayım etdi - VİDEOLAR
Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Bakıda keçirilən hüzn
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Tibb Universitetində Xocalı soyqırımının 27-ci ildönümünə həsr
 
XİA.az - TƏQDİMAT