Deputatlar və media kapitanları intihar olayının mətbuatda işıqlandırılmasını müzakirə ediblər

Deputatlar və media kapitanları intihar olayının mətbuatda işıqlandırılmasını müzakirə ediblər
Beynəlxalq Mətbuat Mərkəzində “İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər” mövzusunda təşkil olunan konfrans keçirilir.

Musavat.com-un məlumatına görə, tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, "Kaspi" qəzetinin təsisçisi, "Kaspi" təhsil mərkəzinin rəhbəri Sona Vəliyeva, deputatlar Fazil Mustafa, Aydın Mizrəzadə, Jalə Əliyeva, baş redaktorlar Vüsalə Mahirqızı, Rəşad Məcid, Akif Aşırlı, Aynur Camal, Aydın Quliyev, digər tanınmış media rəhbərləri, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov, eləcə də jurnalistlər iştirak ediblər.

Əflatun Amaşov çıxışında hadisə haqqında məlumat verərək, mediada intihar olayına iki yanaşmanın olduğunu vurğulayıb. Onun sözlərinə görə, bəzi mətbuat orqanları media etikasına riayət etməyin tərəfdarı olsa da, bəziləri baş verənləri bütün detalları ilə işıqlandırmağa çalışır. Ə.Amaşov bu məsələdə qanunvericiliyə istinad edilməsinin də zəruriliyini vurğulayıb.

Fazil Mustafa isə çıxışında qeyd edib ki, mətbuatın nəyi verib-verməməsi müzakirə edilməməlidir: “Mətbuat azaddır, hər bir informasiyanı verə bilər, yetər ki, bu xəbərin verilməsində cinayət tərkibi olmasın. Mətbuatın dövlət sirri sayılmayan, cəmiyyətdə qeyri-qanuni fəaliyyətə çağırış olmayan hər bir informasiyanı vermək hüququ var. Mətbuat intihar kimi olayı verə bilər, bunu gizlətməli deyil. Əgər, bu xəbər intiharı təşviq etmək məqsədilə verilirsə, o zaman problem yaranır. Ancaq sadəcə, xəbər kimi verilirsə, bu, normaldır”.

Deputat vurğuladı ki, bu məsələdə təkcə məktəbi günahlandırmaq da olmaz, bütövlükdə cəmiyyətin problemidir: “Hadisənin konkret olaraq məktəbdə baş verməsini nəzərə alıb, məktəbi birbaşa suçlamaq olmaz. Doğrudur, məktəblərdə də problem var. Ancaq cəmiyyətdə də müəyyən problemləri qeyd etmək lazımdır. Ən tanınmış çay evlərinə belə, qəlyan tüstüsündən girmək olmur, əksəriyət də yeniyetmələrdir. Bunun sonu əlbəttə ki, intihara aparır. Bir çox qanunlar qəbul olunub, ancaq tətbiq olunmur”.

Deputatın sözlərinə görə, valideyn və məktəb arasında problem bəzən ona görə yaranır ki, müəllim valideynin qorxusundan məktəbli haqqında neqativ heç nə deyə bilmir: “Biz dəfələrlə məsələ qaldırdıq ki, məktəblərin qarşısında 200 metrliyində qəlyanxanalar olmasın, dənə ilə siqaret satılmasın. Ancaq yığışdıra bilmədik. Bu cəmiyyətin kompleks problemidir. Onu da nəzərə alaq ki, mətbuat, televiziya tərbiyə verən orqan deyil, xəbər verən orqandır. Kimisə təbiyələndirmək, cəzalandırmaq medianın işi deyil”.

Tədbir digər iştirakçıların çıxışları ilə davam edir.

Nərgiz LİFTİYEVA,

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Türk siyasətçi Ankara-İrəvan münasibətlərinin qurulması şərtini açıqlayıb
Türk siyasətçi Ankara-İrəvan münasibətlərinin qurulması şərtini açıqlayıb
“Azərbaycanın ərazi bütövlüyü təmin edilmədən İrəvanla Ankara arasında
Azərbaycanda 25 gün əvvəl qoşulub qaçan qadın ölüb
Azərbaycanda 25 gün əvvəl qoşulub qaçan qadın ölüb
Azərbaycanda 25 gün əvvəl ərə gedən qadın dünyasını dəyişib.
MTRŞ-dan açıqlama: “Röya söyüşə görə cəza almayacaq”
MTRŞ-dan açıqlama: “Röya söyüşə görə cəza almayacaq”
“Röyanın efirdə təhqiramiz ifadə işlətməsi 9 ay əvvəl baş verib, köhnə
reklam
Qan donduran hadisə
Qan donduran hadisə - Öldürdüyü 63 pişiyi soyuducuda saxladı - VİDEO
Amerikanın Minnesota əyalətində baş verən qan donduran hadisə eşidənlərin
Gömrükdə avtomobildən 3000 ədəd siqaret aşkarlanıb
Gömrükdə avtomobildən 3000 ədəd siqaret aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin
Gömrükdə narkotik vasitə - marixuana aşkarlanıb
Gömrükdə narkotik vasitə - marixuana aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada keçid
 
XİA.az - TƏQDİMAT