Əli Həsənov: - "Bu, mühüm layihə olsa da, yetərli deyil"

Əli Həsənov:

Dekabrın 21-də Bakıda “İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filminin (Azərbaycan, rus və ingilis dillərində) təqdimatı olub.

Bu ekran əsəri Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun birgə əməkdaşlığı çərçivəsində ərsəyə gəlib. Filmin baş məsləhətçisi Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, ideya müəllifi və layihə rəhbəri Nurəddin Mehdiyev, ssenari müəllifi tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, quruluşçu rejissoru isə Teymur Nəcəfzadədir.

Tədbirdə “Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları mərkəzinin əlaqələndiricisi, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev təqdim olunan yeni filmin məzmunu və xüsusiyyətləri haqqında məlumat verib. Bildirilib ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərinin azərbaycanlılara məxsus zəngin mədəni irsi haqqında məlumatları dünya ictimaiyyətinə, eləcə də gələcək nəsillərə çatdırmaq sənədli filmin əsas məqsədidir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov sənədli film barədə fikirlərini bölüşüb. Əli Həsənov bildirib ki, bu gün təqdimatında iştirak etdiyimiz film ciddi bir layihədir. Lakin bu, mühüm layihə olsa da, yetərli deyil. Burada böyük zəhmətlə bərpa olunan qədim İrəvan tarixinin, o cümlədən məscidlərin, abidələrin daha təkmil təsvirini verməliyik, onların daha aydın açıqcaları olmalıdır, onlarla bağlı bukletlər hazırlanmalıdır, turistlər arasında yayılmalıdır ki, qoy onlar ermənilərin Azərbaycan tarixini necə məhv etdiyini bilsinlər. Xaricə gedən diplomatlarımız, xaricdə yaşayan soydaşlarımız, gənclərimiz bu filmin dünyada yayılmasında iştirak etməlidir.

Prezidentin köməkçisi qeyd edib ki, adətən qonşu ölkələr bir-birinin inkişafına töhfə verir, ancaq ermənilərlə qonşuluq bizə yalnız problemlər, mədəniyyətimizin dağıdılma təhlükəsi, təhlükəsizliyimizə təhdid yaradıb, eləcə də xalqımıza qarşı soyqırımı törədilib. Bizim geosiyasi vəzifəmiz isə ermənilərdən tariximizi, mədəniyyətimizi, fiziki varlığımızı, gələcək inkişafımızı qorumaqdır.

Daha sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov deyib ki, ermənilər tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus qeyri-maddi, mədəni tarixi abidələr məhv edilir. Bu vəhşiliklər daha əvvəllər İrəvanda, sonra Zəngəzur, Göyçə, Verdibasar və s. tarixi ərazilərdə baş verib. Ən böyük zərbə İrəvan şəhərinə vurulub. Dünyada bəlkə heç bir şəhər İrəvan qədər talan edilməyib. Yüzlərlə tarixi abidə məhv edilib. Qalan bir-iki abidə isə başqa millətlərə mənsubiyyəti ilə nümayiş etdirilir.

Nazir vurğulayıb ki, bu gün təqdim edilən film elmi araşdırmaların geniş kütləyə çatdırılmasının uğurlu vasitədir.//Azərtac

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Prezidentdən sensasion bəyanatlar:
Prezidentdən sensasion bəyanatlar: - mesaj ünvanına çatdı
Mayın 26-da “Buta” sarayında Azərbaycan Respublikasının milli bayramı -
Azərbaycanlı bərbərdən qeyri-adi üsul:
Azərbaycanlı bərbərdən qeyri-adi üsul: - Bu dəfə şüşə ilə saç kəsdi – VİDEO
Gözübağlı saç kəsən, saçı az olanlara xına vasitəsilə saç effekti verən,
Manatın 4 günə olan məzənnəsi açıqlandı
Manatın 4 günə olan məzənnəsi açıqlandı
Mayın 30-na manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan verilən məlumata
reklam
Rusiya aviasiyası İŞİD-in 120-ə yaxın terrorçusunu məhv edib
Rusiya aviasiyası İŞİD-in 120-ə yaxın terrorçusunu məhv edib
Rusiya aviasiyası "İslam dövləti" terror qruplaşmanın Rakkadan Palmiraya
Türkiyədə avtobus aşıb:
Türkiyədə avtobus aşıb: - 8 nəfər ölüb
Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib. XİA.az APA-ya istinadən
Şəkinin turizm mərkəzinə gedən 7.2 km-lik yol yenidən qurulur
Şəkinin turizm mərkəzinə gedən 7.2 km-lik yol yenidən qurulur - VİDEOREPORTAJ
Kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxaracaq avtomobil
 
XİA.az - TƏQDİMAT