TBMM sədri: - Türkiyə Azərbaycanın mənafeyinə zidd heç bir addım atmayacaq

TBMM sədri:
Baş naziri Artur Rasizadə Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Kahramanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Azərbaycanla Türkiyə arasında tarixi dostluq əlaqələrinin müasir dövrdə daha da inkişaf etdiyini bildirən A. Rasizadə bütün Azərbaycan xalqının son vaxtlar qardaş ölkədə törədilən amansız terror hadisələrindən dərin üzüntü keçirdiyini deyib. Ölkələr arasında faydalı əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsi üçün Azərbaycan tərəfinin bütün zəruri addımları atacağını söyləyən baş nazir siyasi, iqtisadi, humanitar, hərbi sahələrdə münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. A. Rasizadə qlobal enerji və nəqliyyat layihələrinin uğurla icra etdirilməsinin, eləcə də qeyri-neft sektorunda səmərəli işbirliyinin xalqların mənafeyinə uyğun olduğunu vurğulayıb.

Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) Beynəlxalq Katibliyinin mənzil-qərargahının açılışını tarixi əhəmiyyətli mühüm hadisə kimi dəyərləndirən Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman iki ölkənin qarşılıqlı əlaqələri bütün sahələrdə davam etdirməkdə qərarlı olduğunu qeyd edib. O, dost, qardaş Azərbaycanla Türkiyənin bundan sonra da daim bir-birinə hərtərəfli dəstək verəcəklərini deyib. TBMM sədri Türkiyənin Azərbaycanın mənafeyinə zidd heç bir addım atmayacağını və Dağlıq Qarabağ məsələsinin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında ədalətli həllini sonadək dəstəkləyəcəyini bir daha bəyan edib.

Görüşdə qlobal proseslər fonunda ikitərəfli münasibətlərə dair geniş fikir mübadiləsi aparılıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
ABŞ Şimali Koreyaya hərbi müdaxilə edərsə, Çin və Rusiyanın mövqeyi necə olacaq?
ABŞ Şimali Koreyaya hərbi müdaxilə edərsə, Çin və Rusiyanın mövqeyi necə olacaq? - Politoloqun cavabı
Bu isə Şimali Koreyanı narahat edir. Şimali Koreya ətrafında keçirilən
“Xoşqədəm mənə dedi ki, çıx efirdə ağla, sənə kömək edək”
“Xoşqədəm mənə dedi ki, çıx efirdə ağla, sənə kömək edək”
3 övlad anası Vüsalə Seyidova yoldaşı Samir Seyidovun özünü asaraq
Bu axşam hər kəsin işığı sönəcək
Bu axşam hər kəsin işığı sönəcək - SƏBƏB BƏLLİDİR
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti davamlı olaraq iqtisadi və ekoloji
reklam
Sarkisyan Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib
Sarkisyan Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib
Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın işğal olunmuş Dağlıq
Ərdoğan:
Ərdoğan: - "Kılıçdaroğlu gəlməyəcəm demişdi, amma quzu kimi gəldi"
"Bunlara beş keçi verin, onu da qoruya bilməyəcəklər. Bu binanı (Antalya
Avroparlamentin rəhbəri:
Avroparlamentin rəhbəri: - "Avropa İttifaqı qeyri-effektivdir və həddən artıq bürokratikləşib"
"Avropa İttifaqı (Aİ) çox sayda səhv edib, qurum qeyri-effektiv fəaliyyət
 
XİA.az - TƏQDİMAT