Adəm Məmmədov: - “Rusiyada yaşayan azərbaycanlılar Astan Şahverdiyevi məhkəməyə versələr, onlara pulsuz hüquqi yardım göstərərəm”

Adəm Məmmədov:
Tanınmış vəkil, sabiq deputatlığa Adəm Məmmədov son seçkilərdə rəqibi olmuş, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat Astan Şahverdiyevin Rusiyada yaşayan azərbaycanlıların ünvanladığı təhqirəmiz fikirlərinə münasibət bildirib.

Ölkə.Az xəbər verir ki, deputat Astan Şahverdiyev milləti təhqir etdiyi qədərdə dövlətin imicinə ziyan vurur. Onun fikrincə, deputatın bu təhqiramiz sözləri cəzasız qalmamalıdır:

“Ermənistan kimi mənfur bir düşmənlə müharibə vəziyyətində ola-ola, Azərbaycanın haqq səsinin xaricdə eşidilməsi üçün böyük çaba xərcləyərək başqa ölkələrdə yaşayan yurtdaşlarımızın lobbiləşmə yolunda dövlətin apardığı siyasətin belə bir aktiv dönəmində, illərdə dünya azərbaycanlılarını həmrəliyə dəvət edən, hətda xüsusi bayram şəklində qeyd edilməsi ərəfəsində Astan Nüşrəvan kimi siyasi savadsız, tutduğu statusun məsuliyyətini dərk etməyən, qüsurlu nitqi ilə insanların şərəf və ləyaqətini alçaldan, qohum-əqrabasının etiraf etdiyi kimi şərxoş təxəyyül və sərxoş gündəm yaşayan birisinin çıxıb ağzına gələn təhqiramiz ifadələrlə bəyanət verməsi, milləti təhqir etdiyi qədərdə dövlətin imicinə ziyan vurur ya yox?”, - deyə Adəm Məmmədov vurğulayıb.

Vəkilin fikrincə, təhqir olunan şəxslər mütləq buna görə, A. Şahverdiyevi məhkəməyə verməlidirlər:

“Azərbaycandan kənarda yaşayan hər bir fərd, bu təhqiri şəxsi qəbul etməkdə haqlıdır və öz şərəf və ləyaqətini qorumaq üçün məhkəməyə müraciət edə bilər. Cavabdehin yaşayış yeri üzrə yerli məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslər etibarnamə versə, onlara pulsuz hüquqi yardım göstərərəm. Azərbaycana gəlmələrinə ehtiyac yoxdur”, - deyə A. Məmmədov bildirib.

Xatırladaq ki, dekabrın 24-də bir qrup rəsmi Biləsuvarda məskunlaşan məcburi köçkünlərlə görüşüb. Görüşə “Azərişıq” ASC-nin müavinləri, Cəbrayil rayon icra hakimiyyətinin başçısı və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat Astan Şahverdiyev qatılıb. Bununla bağlı millət vəkilinin AzadlıqRadiosuna verdiyi müsahibədə bildirib ki, Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb

“Səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin “otxodları”dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da... Hər yerdə belə tör-töküntülər var”, - deyə millət vəkili bildirib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
VİDEO
VİDEO - Kollecdə korrupsiya şəbəkəsi: qiymət yazılması üçün rüşvət yığılıb
Gəncə Musiqi Kollecinin sabiq direktoru Gülçin Mirzəyeva cinayət başında
Qarabağda erməni əsgəri ölüb
Qarabağda erməni əsgəri ölüb
XİA.az NEWS.am-a istinadən xəbər verir ki, fevralın 17-də Ermənistan
Bakıda “28 Mall” bağlandı
Bakıda “28 Mall” bağlandı
Azərbaycan Fövqəladə Hallar Nazirliyi sosial şəbəkələrdə və bir sıra
reklam
Baş pediatr uşaqlar arasında balansın pozulmasına görə kişiləri günahlandırıb
Baş pediatr uşaqlar arasında balansın pozulmasına görə kişiləri günahlandırıb
"Son illər Azərbaycanda doğulan uşaqlar arasında balans pozulmağa doğru
İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “dəyirmi masa”da iştirak edib
İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “dəyirmi masa”da iştirak edib
Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində
İlham Əliyev Münxendə MAN SE şirkətinin baş icraçı direktoru ilə görüşüb
İlham Əliyev Münxendə MAN SE şirkətinin baş icraçı direktoru ilə görüşüb
Almaniya Federativ Respublikasında işgüzar səfərdə olan Azərbaycan
 
XİA.az - TƏQDİMAT