Sərhədlə səngər arasında - HORADİZDƏN REPORTAJ


Bu gün Füzuli rayonunun bir qəsəbə 21 kəndinin erməni işğalından azad olunmasından 23 il ötür.

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, ermənilərin 1993-cü il avqustun 23-də Füzuli şəhərindən başlanan işğalçılıq siyasəti nəticəsində həmin ilin oktyabrın 24-də Horadiz və ətraf yaşayış məntəqələri də daxil olmaqla bütövlüklə Ermənistan ordusunun tam nəzarətinə keçib.

Milli Ordunun əks-hücumu nəticəsində 1994-cü ilin yanvarın 5-də 21 kənd, bir qəsəbə və Haramı düzü adlanan ərazilər erməni işğalçılarından geri alınıb. Ermənilərin Azərbaycan kəndlərini bütövlüklə talan edərək yandırmasına cəmi 3 ay kifayət etmişdi. Azərbaycan prezidenti Heydər Əliyevin çağırışından sonra işğaldan azad olunan kənd sakinləri evlərinə geri qayıtdıqda ürək dağlayan mənzərə ilə üzləşmişdilər. Məhz bundan sonra ermənilərin talan etdiyi maddi-texniki infrastrukturun yenidən qurulması üçün Azərbaycan dövləti saysız-hesabsız layihələr həyata keçirdi.

Əlizadə Abbasov, keçmiş döyüşçü: "Bu gün bütün respublikanın rayonlarından olan xalqa üzümü tutub deyirəm ki, sağ olsunlar ki, elə övladlar böyüdüblər. Onlar şəhid oldular, amma bu gün Horadiz şəhəri və 21 kənd yaşayır. Onların sayəsində yaşayırıq. Onların tökdüyü qanın üstündə yaşayırıq. Bu gün Horadizin yenidən qurulmasını, gözəlliyini görürsünüz. Bunların hamısı tək füzulilərin, qarabağlıların yox, bütün Azərbaycan Respublikasının gənc oğlanlarının əməyi sayəsində əldə olunub".

Azərbaycan prezidenti İlham Əliyevin 23 oktyabr 2007-ci ildə imzaladığı fərmanla həm İranla sərhəddə, həm də cəbhə xəttində yerləşən Horadiz şəhər statusu aldı. İşğaldan azad olduğu gündən bəri Horadiz şəhəri başdan-başa yenidən quruldu. Yaşayış məntəqələrinin bərpası üçün hər il dövlət büdcəsindən külli miqdarda vəsait ayrılır. Ermənilərin dağıtdığı evlər, küçə və prospektlər, magistral və daxili yollar, qaz, su, işıq, rabitə xətləri, eləcə də zavod, fabrik və emal müəssisələri bərpa olundu.

Vaqif Mehralıyev də evi bərpa olunan ailələrdən biridir. Deyir ki, dövlət sahib çıxıb evini bərpa etməsəydi, hələ də köçkünlük həyatından əziyyət çəkirdi. Çünki maddi durumu ermənilərin yandırdığı evini bərpa etməyə imkan vermirdi: "Başda prezidentimiz olmaqla dövlətimizə minnətdaram. Bu evin tikilməyinin əsas səbəbkarı Mehriban xanım olub. Mən düzünü deyim ki, mənim bu gündən sonra ömrümün sonunadək bu evi tikməyə gücüm çatmazdı. Minnətdaram yaxşı insanlara".

Müharibənin nəticəsi olaraq şəhərin məhv olan ekologiyası və yaşıllıq massivləri yenidən bərpa olunub. Sıradan çıxan bitki örtüyü yenilənməklə yanaşı, həm də genişləndirilib. Düşmən tapdağından azad olunan cəmi 10 yaşlı şəhərin bugünkü görünüşü göz oxşayır. Hazırda sərhədlə səngərin arasında, Araz çayının sahilində yerləşən gənc şəhəri Azərbaycan əsgəri qoruyur. Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun Füzuli istiqamətində qazandığı uğurlar isə yerli sakinləri daha da ruhlandırıb. Keçmiş döyüşçü Azad Əliyev yenidən döyüşlərdə iştirak etmək üçün ordu sıralarına can atır: "İndiki texnikamız olsaydı, indi Yerevanda oturub çay içirdik. Həmişə də hazıram döyüşə getməyə. Neçə dəfə könüllü müraciət etmişəm, deyiblər 43 yaşın var, yaşın keçib. Amma bizim kimilər orda olmalıdır".

Qeyd edək ki, Füzuli rayonunun 45 ərazi dairəsi olmaqla, 1 şəhər, 1 qəsəbə və 82 yaşayış məntəqəsi olub. Füzulilər birinci Qarabağ müharibəsində 1100 şəhid verib. Onlardan 6 nəfəri ölümündən sonra Milli Qəhrəman adına layiq görülüb. 113 nəfər girov düşüb, 1450 nəfər müxtəlif dərəcəli əlil olub. Erməni təcavüzü zamanı 36 361 nəfər uşaq zərər çəkib. Bunlardan 155 nəfəri yetim qalıb.

21 kənd və 1 qəsəbə işğaldan azad olunduqdan sonra məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması üçün bu torpaqlarda 17 yeni yaşayış qəsəbəsi salınıb. Hazırda 125 400 nəfər rayon sakinindən 70 min nəfəri işğaldan azad edilmiş məntəqələrdə yaşayır.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Putinin Makronla görüşünün vaxtını Fransa açıqladı
Putinin Makronla görüşünün vaxtını Fransa açıqladı
Qeyd edək ki, bu barədə Fransa liderinin mətbuat xidməti məlumat yayıb.
Ruhani:
Ruhani: - ABŞ-ərəb sammiti tamaşadır
Sammit çərçivəsində imzalanan silah sazişi barədə danışan İran prezidenti
Sabahdan sarı zolaqlar ləğv olunur
Sabahdan sarı zolaqlar ləğv olunur - sürücülərin nəzərinə!
IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar paytaxtın bəzi küçə və
reklam
Prezident Firəngiz Əlizadəni
Prezident Firəngiz Əlizadəni "Şərəf" ordeni ilə təltif etdi
XİA.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan
"Dişlərim, saçım tökülüb" - Könül Xasıyeva
“Haqqımda gedən bütün yazılara son qoysunlar. Ən azından mənim yaşlı
Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
 
XİA.az - TƏQDİMAT