“Məni atama verməyin” - 10 YAŞLI QIZIN FƏRYADI

“Məni atama verməyin”

Sosial şəbəkələrdə 10 yaşlı Nurayla bağlı video geniş müzakirələrə səbəb olub. Gununsesi.info xəbər verir ki, görüntülərdə Nurayı illər əvvəl anası ilə birgə tərk edən atasına məcburi verilməsi yer alıb.
Kadrlardan görünür ki, Nurayı xalasından zorla ayırmaq istəyirlər. Quba məhkəmə icraçıları onun azyaşlı olmasını belə nəzərə almır.
Artıq minlərlə sosial şəbəkə istifadəçisi ürək ağrısıyla qızcığazın fəryadını əks etdirən videonu paylaşıb. Onların arasında millət vəkili Qənirə Paşayeva da var. O da digərləri kimi sözügedən kadrları sona qədər izləyə bilmədiyini qeyd edib:
“Neçə dəqiqədir özümə gələ bilmirəm. Lütfən,uşaqlarla belə davranmayın. Təcili olaraq rayonun bu məsələyə aidiyyatı olan rəsmi qurumları, Ombudsman İnstitutu,Ailə, Qadın və Uşaq Probemləri üzrə Dövlət Komitəsi bu məsələ ilə bağlı ciddi araşdırma aparmalıdırlar. Videoya sona qədər baxa bilmədim. Şəxsən bir millət vəkili olaraq, bir insan olaraq mən də maraqlanacam bu uşağın taleyi ilə.Uşağın fəryadı hələ də qulaqlarımdan getmir.Lazımı tədbirlərlə yanaşı ailə məsələləri,uşaq hüquqları və.s ilə bağlı ciddi maarifləndirmə proqramları artmalıdır. Bəsdir artıq televiziyalarda çalıb-oynamaq… Maarifləndirmə istiqamətində ciddi proqramların artmasına ehtiyac var ki bu cür mənzərələr ürəkləri dağlamasın”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Gəncədə iki bacının ölüm səbəbi bilindi
Gəncədə iki bacının ölüm səbəbi bilindi - QƏTL
Hadisə fevralın 22-də Kəpəz rayonun Qırmızı kənd ərazisində, Abdulla Sur
Ordumuzdan ermənilərə Qarabağda sarsıdıcı zərbə
Ordumuzdan ermənilərə Qarabağda sarsıdıcı zərbə - Düşmən itkiləri açıqladı
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif
Ermənistan Müdafiə Nazirliyinə hücum
Ermənistan Müdafiə Nazirliyinə hücum - atışma baş verib
Sərxoş sürücü "Opel" markalı" avtomobilini Müdafiə Nazirliyinin binasının
reklam
Paytaxtın mərkəzinə doğru giriş və çıxış hissədə kompleks yenidənqurma işləri aparılır
Paytaxtın mərkəzinə doğru giriş və çıxış hissədə kompleks yenidənqurma işləri aparılır - VİDEO
Paytaxt Bakıda avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə
Günay İbrahimli:
Günay İbrahimli: - “Ay ərzində ən çox qazandığım məbləğ 45 min manat olub”
Röyanı bir nömrə hesab edirsiniz. Bəs Günay İbrahimli nə zaman bir nömrə
Həyat dərsi
Həyat dərsi
XX əsrdə Azərbaycan tarixinin önəmli, əlamətdar bir mərhələsi var: 60-cı
 
XİA.az - TƏQDİMAT