Atası Nurayın düşdüyü vəziyyəti görüb onu zorla almaqdan imtina etdi

"Əvəz Bayramov qızı Nurayın düşdüyü vəziyyəti görüb onu zorla almaqdan imtina edir”.
 Atası Nurayın düşdüyü vəziyyəti görüb onu zorla almaqdan imtina etdi
XİA.az bildirir ki, bu barədə BakiPost.az-a Əvəz Bayramovun çalışdığı 5 saylı doğum evinin anestezologiya reanimasiya şöbəsinin müdiri Qəhrəman Kəngərli məlumat verib.

Onun sözlərinə görə, Əvəz həkim yoldaşının rəhmətə getməsinin ili tamam olandan sonra 6 il ərzində 21 məhkəmə udub ki, uşağını götürsün: "Məlum hadisədən sonra Əvəz Bayramov iş yerinə gəldi. Bizə bildirdi ki, bəlkə artıq uşağın gəlməsi məsləhət deyil. O bildirdi ki, "bu dəqiqə Nurayı gətirib mənim evimə belə qoysalar da, istəmirəm. Çünki mən uşağımın aldığı travmanı gördüm”. Bildirdi ki, uşağı onun haqda tamamilə başqa fikirdədir. Əvəz həkim dedi ki, mən öz uşağımı öz əlimlə öldürə bilmərəm, bundan sonra nə uşaq, nə də başqa bir şey istəyirəm. O, uşağın düşdüyü vəziyyəti görüb onu zorla almaqdan imtina etdi. Uşağın 17-18 yaşı olanda ona yaxınlaşıb hər şeyi başa salar. O uşaqdan heç nə istəmir. Sadəcə uşağının həyatında iştirak etmək istəyir. Hətta xalasının evində belə qalamsına razıdır. Amma yalnız uşağı ondan ayırmasınlar”.

Əvəz həkimin Nuraya aliment verməkdən imtina etməsi məsələsinə gəlincə, şöbə müdiri bildirib ki, deyilənlər yalandır: "Uşağın hər ad günündə, bayramlarda və ayrıca hər ay maaşdan ona pullar göndərilib. Bunun qəbzləri də var. Biz sübut edə bilərik”.

Qeyd edək ki, sosial şəbəkələrdə Quba Rayon Məhkəməsində məhkəmə icraçılarının 10 yaşlı Nuray Bayramzadənin onu böyütmüş xalasından ayıraraq atasına verməsini özündə əks etdirən görüntülər yayılıb. Belə ki, azyaşlı Nuray ona bu günə kimi atalıq etməyən bioloji atasından imtina edir və onu böyüdüb boya-başa çatdıran xalasının yanında qalmaq istəyir. Buna baxmayaraq Nuray zorla alınaraq atasına verilir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Gəncədə iki bacının ölüm səbəbi bilindi
Gəncədə iki bacının ölüm səbəbi bilindi - QƏTL
Hadisə fevralın 22-də Kəpəz rayonun Qırmızı kənd ərazisində, Abdulla Sur
Ordumuzdan ermənilərə Qarabağda sarsıdıcı zərbə
Ordumuzdan ermənilərə Qarabağda sarsıdıcı zərbə - Düşmən itkiləri açıqladı
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif
Ermənistan Müdafiə Nazirliyinə hücum
Ermənistan Müdafiə Nazirliyinə hücum - atışma baş verib
Sərxoş sürücü "Opel" markalı" avtomobilini Müdafiə Nazirliyinin binasının
reklam
Paytaxtın mərkəzinə doğru giriş və çıxış hissədə kompleks yenidənqurma işləri aparılır
Paytaxtın mərkəzinə doğru giriş və çıxış hissədə kompleks yenidənqurma işləri aparılır - VİDEO
Paytaxt Bakıda avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə
Günay İbrahimli:
Günay İbrahimli: - “Ay ərzində ən çox qazandığım məbləğ 45 min manat olub”
Röyanı bir nömrə hesab edirsiniz. Bəs Günay İbrahimli nə zaman bir nömrə
Həyat dərsi
Həyat dərsi
XX əsrdə Azərbaycan tarixinin önəmli, əlamətdar bir mərhələsi var: 60-cı
 
XİA.az - TƏQDİMAT