Trampın yeni hədəfi: Qafqaza ordu göndərilir - Azərbaycan...

Trampın yeni hədəfi: Qafqaza ordu göndərilir - Azərbaycan...
ABŞ NATO-dakı tərəfdaşlarına Qafqazda və Suriyada fəallaşmağı təklif edir.

Publika.az xəbər verir ki, bu barədə Avrasiya İqtisadi İttifaqının Yaxın Şərq və Avropa institutunun direktoru Vladimir Lepexin ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistan səfərinin nəticələrini şərh edərkən deyib.

Onun sözlərinə görə, Tramp Səudiyyə Ərəbistanına getdi, sonra İsrailə:

“Daha sonra NATO-nun sammitinin keçirildiyi Brüsselə, ardınca da G7 sammitinin keçirildiyi Siciliyaya səfər etdi. Onun bu səfərləri tapmaca olaraq qaldı. Səudiyyədə Tramp ərəb ölkələrinin əksəriyyətinin liderləri ilə görüşdü, İsraildə adət edilmiş protokol qaydaları müşahidə olundu. Roma Papası ilə Vatikanda keçirilən görüş daha çox mistik tərəfi ilə gündəmə gəldi. G7 sammiti isə əsasən tənqid edildi. Təkcə NATO-nun sammiti coşqu ilə qarşılandı. Trampın sammitdə çıxışı faktiki olaraq NATO-ya yeni yol xəritəsi göstərmək idi”.

V. Lepexin hesab edir ki, Tramp NATO-nun Yaxın Şərqdə və Qafqazda aktivləşməsini istəyir.

“Trampın komandasının fikrincə, Vaşinqtonun Yaxın Şərqdə yeni geosiyasi sxeminin əsas oyunçusu İsrail olmalıdır. Əsas hədəf isə İrandır. Mümkündür ki, ABŞ böyük İsrailin xeyrinə Suriya və digər bölgələrdə bir sıra əraziləri zəbt etsin. Qafqazda isə əsas açar ölkə Azərbaycandır. Bu baxımdan, Azərbaycanın Ər-Riyaddakı sammitdə iştirakı təsadüfi deyildi. Həmçinin, Gürcüstan da potensial NATO üzvü kimi gələcəkdə istifadə edilə bilər. Bu ittifaq Qafqazda və Yaxın Şərqdə vəziyyəti dəyişə bilər”, - Lepexin vurğulayıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Ermənistanda hərbçilər etirazçıların tərəfinə keçdi
Ermənistanda hərbçilər etirazçıların tərəfinə keçdi - CANLI YAYIM
Aşağıda təqdim etdiyimiz videodan da göründüyü kimi, nümayişçilərin
Hökumətdə yer almayan, vəzifələrini müvəqqəti icra edən nazir və sədrlər
Hökumətdə yer almayan, vəzifələrini müvəqqəti icra edən nazir və sədrlər - SİYAHI
Dövlət komitələrinə gəlincə, hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə
Sej Sərkisyanın getməsi Azərbaycanın xeyirinədir?
Sej Sərkisyanın getməsi Azərbaycanın xeyirinədir? - Ekspertlərdən fərqli yanaşmalar
Ermənistanda Sej Sərkisyanın baş nazir olmasına qarşı aprelin 13-dən
reklam
MTN generallarına hökm oxunur
MTN generallarına hökm oxunur - Sübahir Qurbanova 14 il cəza
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq
Azərbaycan HDQ-nin nümayəndə heyəti Tehrana səfər edib
Azərbaycan HDQ-nin nümayəndə heyəti Tehrana səfər edib
Hərbi Dəniz Qüvvələri komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan
İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul edib
İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının
 
XİA.az - TƏQDİMAT