Oqtay Əsədov Latviya baş nazirinin müavini ilə görüşdü

Oqtay Əsədov Latviya baş nazirinin müavini ilə görüşdü
Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Riqaya rəsmi səfər çərçivəsində bu ölkənin baş nazirinin müavini, iqtisadiyyat naziri Arvils Aşeradenslə görüşüb.

APA-nın məlumatına görə, Azərbaycan nümayəndə heyətini salamlayan baş nazirin müavini 28 May – Respublika Günü münasibətilə təbriklərini çatdırıb. O, ölkələr arasında ikitərəfli əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirib, iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.

O. Əsədov qeyd edib ki, Azərbaycan və Latviya aralarındakı münasibətlər qarşılıqlı hörmətə və bərabərhüquqlu əməkdaşlığa əsaslanıb. O, diqqətə çatdırıb ki, Azərbaycan böyük potensialı olan qeyri-neft sektoruna investisiyaların cəlb edilməsinə və latviyalı investorların fəallığına ümid bəsləyir. A. Aşeradens isə vurğulayıb ki, prezident İlham Əliyevin Latviyaya gözlənilən səfəri Latviya ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsinə mühüm təkan verəcək. Azərbaycanın Avropanın etibarlı iqtisadi tərəfdaşına çevrildiyini diqqətə çatdıran O. Əsədov ölkənin iqtisadi potensialı, əldə etdiyi uğurlar və reallaşdırdığı infrastruktur layihələri barədə danışıb.

Qeyd edək ki, Latviya Respublikasına səfər zamanı keçirilən tədbirlərdə nümayəndə heyətinin üzvləri - deputatlar Kamran Bayramov, Ülviyyə Ağayeva, Rövşən Rzayev, Malik Həsənov, parlament aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak edirlər.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT