AzTV tənqid edildi

AzTV tənqid edildi
“Azərbaycan Dövlət Televiziyasının (AzTV) aparıcılarının nitqində də kifayət qədər norma pozuntuları aşkar olunub”.

XİA.az-ın Report-a istinadən verdiyi məlumata görə, bunu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu Monitorinq şöbəsinin aparıcı elmi işçisi Nəzakət Qazıyeva “Telekanalların dil mənzərəsi” mövzusunda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, səhvlərə baxmayaraq, ədəbi dilin qorunması ilə bağlı ən yaxşı vəziyyət dövlət televiziyasındadır: “Monitorinq nəticəsində ədəbi dilin bütün səviyyələrinə aid faktlar aşkarlanıb. Fonetik səviyyədə samitlərin tələffüzüylə bağlı problemlər olur. Bu problemlər ən çox rus dilində təhsil almış şəxslərin nitqində, dialektlə bağlı da yaranır. Vurğunun düzgün qoyulmaması da ciddi problemdir”.

N.Qazıyev leksik səviyyə ilə bağlı səhvlərdən danışaraq bildirib ki, dialekt, vulqar, əcnəbi sözlərdən bəzən yerində istifadə olunur: “Aparıcılar “falan”, “usluqa”, “iş çox yoğun gedir”, “optavoy”, “zatən” kimi sözlərdən istifadə edirlər. Bəzi telekanalların xəbər verilişlərində, hətta bir çox xəbər saytlarında obrazlılıq həddən artıq olur”.

Mütəxəssis qeyd edib ki, morfoloji norma pozuntularına gəldikdə “Bu günləri, köməklik, narahatçılıq” və sair səhv sözlər istifadə olunur.

Şöbənin əməkdaşı vurğulayıb ki, aşkarlanan dil pozuntularının 28 faizini xəbər, 72 faizini isə əyləncə verilişlərinə aiddir: “Aşkarlanan səhvlərdən ən çoxu ifadə və üslub səhvləridir, ikinci yerdə sintaktik normadır”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Danışıqlar tezliklə başlanacaq
Danışıqlar tezliklə başlanacaq - İlham Əliyev
"Bu gün biz əlaqələrimizin müxtəlif aspektlərini geniş müzakirə etdik. Bir
İlham Əliyevin xeyir-duası ilə bizim...
İlham Əliyevin xeyir-duası ilə bizim... - Borisov
Biz çoxdandır ki, Bolqarıstanın qazlaşdırılması üçün iki variantın
Ermənistanda 10 gündən sonra qiyam olacaq
Ermənistanda 10 gündən sonra qiyam olacaq - VİDEO
Şirinyan qeyd edib ki, Ermənistanı bir sıra böyük fəlakətlər gözləyir:
reklam
Masallıda RƏZİLLİK!
Masallıda RƏZİLLİK! - 2 uşağını atıb evdən qaçdı
Valideynlərinin sözlərinə görə, Yeganə Məmmədova 2010-cu ildə həmin kənd
Azərbaycanda unikal anatomiya muzeyi:
Azərbaycanda unikal anatomiya muzeyi: - "Təpəgöz" uşaq, siyam əkizləri, insan külü - VİDEO
Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasının müdiri
Telman İsmayılovu iflasa aparan yol
Telman İsmayılovu iflasa aparan yol
Telman Mərdan oğlu İsmayılov 1956-cı ildə Göyçayda yəhudi ailəsində
 
XİA.az - TƏQDİMAT
FAKT