Çimərlik mövsümü rəsmən iyunun 15-də açılacaq

Çimərlik mövsümü rəsmən iyunun 15-də açılacaq
Bu il çimərlik mövsümü iyunun 15-də açılacaq.
Bu haqda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Xilasetmə və dalğıc işləri üzrə şöbəsinin müdiri Elsevər Həsənov məlumat verib.
Qurum rəsmisi bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilən məlumata əsasən, bu ildən etibarən çimərlik mövsümü iyunun 15-dən sentyabrın 15-dək vətəndaşların istifadəsində olacaq:
“Biz iyunun 1-dən etibarən gücləndirilmiş iş rejimində işləyirik. Qadağanedici, xəbərdaredici lövhələr çimmək üçün təyin edilmiş yerlərdə yerləşdirilib, üzmə sərhədləri müəyyənləşdirilib, şarlar qoyulub, suya baxış keçirilib. İyunun 1-dən etibarən dəniz kənarında dincəlməyə gələnlər var. Amma rəsmi açılış iyunun 15-də olacaq”.
E.Həsənovun sözlərinə görə, bu il ölkəyə gələn turistlərin sayının çoxalması səbəbindən çimərlik mövsümünə hazırlıq tədbirlərinə daha tez başlanılıb.

Xidmətin dalğıc-axtarış qrupu, sularda xilasеtmə məntəqə və pоst əməkdaşları ilə çimərlik mövsümünə hazırlıq məqsədilə Naziliyin Muğan, Cənub, Aran, Şimal, və Sumqayıt Regional Mərkəzlərinin inzibati binalarında tədris tədris-mеtоdiki tоplantılar keçirilib.
Toplantılarda çimərlik mövsümünə hazırlıq, axtarış-xilasetmə işlərinin təşkili, həmçinin əməkdaşların peşə hazırlığının yüksəldilməsi məsələlərinə diqqət ayrılıb.

Bununla yanaşı Xidmət əməkdaşlarının fiziki-peşə hazırlıqlarının artırılması məqsədilə Bakıda və rayonlarda üzgüçülük hovuzları icarəyə götürülmüş, xilasedicilərin hazırlığının yüksək səviyyədə saxlanılması üçün mütəmadi olaraq məşğələlər keçirilib. Hazırda Xidmətin bazasında III qrup 3-cü ixtisas dərəcəli dalğıc hazırlığı kursu davam edir. Kursa 20 nəfər əməkdaş cəlb olunub”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT