ABŞ: “Dünya İrandakı etiraz aksiyalarını dəstəkləməlidir”

ABŞ: “Dünya İrandakı etiraz aksiyalarını dəstəkləməlidir”

“İranın liderləri zəngin tarixi, mədəniyyəti olan varlı bir ölkəni zorakılıq, qan və xaos ixrac edən, iqtisadiyyatı çökmüş fırıldaqçı məmləkətə çevirdi. Prezident Trumpın da dediyi kimi, İran liderlərindən ən çox zərər görən isə İran xalqıdır”.

XİA.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauertin bu gün yaydığı bəyanatında belə yazılıb.

Bəyanatda ABŞ-ın dinc nümayişçilərin həbs olunmasını kəskin şəkildə pislədyi bildirilib və bütün ölkələr “İran xalqını və onların fundamental hüquqlarını almaq, korrupsiyaya son vermək səylərini açıq bir şəkildə dəstəkləməyə çağrılıb.

Qeyd edək ki, bir neçə gün öncə İranın müxtəlif əyalətlərindən etiraz aksiyaları xəbərləri gəlmişdi. Ən böyük aksiya isə İranın 2-ci böyük şəhəri olan və şiələr tərəfindən müqəddəs məkan kimi qəbul edilən Məşhəddə keçirilmişdi. Aksiya iştirakçıları bu şəhərdə qiymətlərin bahalaşması və iqtisadi problemlərin artmasına etiraz etmişdilər. Aksiyaya qatılan 52 adamın nəzarətə alındığı xəbər verilmişdi.

Fars xəbər agentliyinə aksiya ilə bağlı açıqlama verən Məşhəd İnqilab Məhkəməsinin sədri Hüseyn Heydəri də faktı inkar etməyərək, nümayişçilərin sərt şüarlar səsləndirdiklərinə görə saxlanıldığını bildirmişdi. Məlumata görə, aksiyada “Diktatorlara ölüm!”, “Ruhaniyə ölüm!”, “Qəzzaya, Livana yox, həyatım İrana fəda olsun!”, “Suriyanı yox, bizi düşünün!” kimi rejimin strateji siyasətini pisləyən şüarlar səsləndirilmişdi. Məşhəd İnqilab Məhkəməsinin sədri də öz açıqlamasında bu məqama diqqət çəkərək demişdi: "Etirazın insan haqqı olduğunu düşünürük, ancaq bəziləri bu haqları istismar etməyə çalışarsa, biz baş verənlərə laqeyd qalmayacağıq və müqavimət göstərəcəyik”.

İranın dini lideri Əli Xameneyinin Məşhəd nümayəndəsi olan Ayətullah Əhməd Alamolhoda da bənzər bəyanat verərək, bir neçə adamın qiymətlərin bahalaşmasıyla bağlı etirazlardan istifadə edərək, İranın regional qarşıdurmalara qatılmasına qarşı şüarlar səsləndirməsini pisləmişdi:

"Təhlükəsizlik qüvvələri və hüquq-mühafizə orqanları üsyançıları özbaşına buraxsa, düşmənlər yayacaqları görüntülər və fotolar ilə İran İslam Respublikasının Məşhəddə inqilabi əsasını itirdiyini deyəcəklər" – Alamolhoda aksiyaçıların həbsinə bu cür bəraət qazandırmışdı.

Digər bir aksiya xəbəri isə Kirmanşahdan gəlmişdi. “Siyasi məhbuslara azadlıq!”, Ya azadlıq, ya ölüm!” şüarları ilə keçirilən bu aksiya da İran polsinin sərt müdaxiləsi ilə dağıdılmışdı.

İranın bir çox şəhərlərində də eyni gündə etiraz aksiyaları keçirilmişdi.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT