Ukraynanın tanınmış qadın vəkili öldürüldü

Ukraynanın tanınmış qadın vəkili öldürüldü
Kiyevdə üç gün əvvəl itkin düşən Ukraynanın hüquq müdafiəçisi İrina Nozdrovskayanın cəsədi tapılıb.
XİA.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb. Verilən məlumata görə, qadının meyiti şəhər kənarındakı çaydan tapılıb.

İlkin məlumatlara görə, qadını öldürəndən sonra körpüdən çaya atıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər ki, bu qətli törədən təcrübəli və peşəkar olub.
“Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Qadının qohumları onun öldürülməsi barədə məlumatlandırılıb. Hələlik qətl ilə bağlı hansısa izə rast gəlinməyib. Görünür ki, hadisəni törədənlər peşəkar cinayətkarlardır”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, İrina Nozdrovskaya Ukraynada tanınmış və peşəkar hüquqşunas idi. Onun adı bir neçə cinayətin açılmasında və günahsız yerə həbs edilənlərin azadlığa çıxarılmasında hallanıb. Ötən ilin dekabr ayında onun yoxa çıxması barədə yaxınları polisə məlumat veriblər.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT