ABŞ prezidenti Donald Trampın İŞ GÜNÜ

ABŞ prezidenti Donald Trampın İŞ GÜNÜ
ABŞ prezidenti Donald Tramp iş gününə gec başlayır.
XİA.az xəbər verir ki, Tramp prezidentliyinin ilk günlərinə nisbətən, günə gec başlayır, daha az görüş keçirir. Donald vaxtını daha çox televizora baxmaq, Tvitterdə status yazmaq, telefon zənglərinə cavab verməklə keçirir.

Sənədə əsasən, Tramp iş gününə saat 11:00 radələrində milli təhlükəsizlik və kəşfiyyat qurumu ilə keçirilən brifinqlə başlayır. Saat 08:00-11:00 radələri arasında isə qrafikə əsasən, Oval kabinetdə administrativ məsələlər həll edilir. Bu vaxt ərzində Tramp televizora baxır, telefonla zəng edir və Tvitterdə status yazır.

Tramp Oval kabinetdə 18:00-a qədər işləyir. Bu müddət ərzində 1 və ya iki görüş keçirilir. ABŞ lideri əsasən telefon danışıqlarına, xəbərlərə baxmağa vaxt ayırır. Yeməkxana isə prezident kabinetinin yanında yerləşir. İş günü başa çatdıqdan sonra Tramp Ağ Evdə yaşadığı yerə keçir və burada da vaxtını əsasən telefon danışıqları və televizora baxmaqla keçirir.
Prezidentliyin ilk günlərində Tramp işə tez başlayıb gec bitirirmiş. O, kəşfiyyat brifinqləri və görüşlərini səhər qəhvəaltısında keçirirmiş.

ABŞ-ın 43-cü prezidenti oğul Corc Buş Oval Kabinetdə işə saa 06:45 radələrində başlayırmış. Obama isə bu kabinetdə işə 9-10 arası başlayırmış.

Hikmət Həsənov
Ölkə.Az

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Danışıqlar tezliklə başlanacaq
Danışıqlar tezliklə başlanacaq - İlham Əliyev
"Bu gün biz əlaqələrimizin müxtəlif aspektlərini geniş müzakirə etdik. Bir
İlham Əliyevin xeyir-duası ilə bizim...
İlham Əliyevin xeyir-duası ilə bizim... - Borisov
Biz çoxdandır ki, Bolqarıstanın qazlaşdırılması üçün iki variantın
Ermənistanda 10 gündən sonra qiyam olacaq
Ermənistanda 10 gündən sonra qiyam olacaq - VİDEO
Şirinyan qeyd edib ki, Ermənistanı bir sıra böyük fəlakətlər gözləyir:
reklam
Masallıda RƏZİLLİK!
Masallıda RƏZİLLİK! - 2 uşağını atıb evdən qaçdı
Valideynlərinin sözlərinə görə, Yeganə Məmmədova 2010-cu ildə həmin kənd
Azərbaycanda unikal anatomiya muzeyi:
Azərbaycanda unikal anatomiya muzeyi: - "Təpəgöz" uşaq, siyam əkizləri, insan külü - VİDEO
Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasının müdiri
Telman İsmayılovu iflasa aparan yol
Telman İsmayılovu iflasa aparan yol
Telman Mərdan oğlu İsmayılov 1956-cı ildə Göyçayda yəhudi ailəsində
 
XİA.az - TƏQDİMAT
FAKT