Mixeil Saakaşvili Kiyevdə mitinqləri bərpa etmək istəyir

Mixeil Saakaşvili Kiyevdə mitinqləri bərpa etmək istəyir
Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili yanvarın 21-dən Ukraynanın paytaxtı Kiyevin mərkəzində tərəfdarları ilə birgə mitinqlərə yenidən başlamaq fikrindədir.
XİA.az xəbər verir ki, bu barədə onun mətbuat katibi Tatyana Baqranovskaya məlumat verib. Onun Verdiyi məlumata görə, etirazçılar Ali Radanın binası qarşısındakı çadır şəhərciyini yığışdırmayacaqlar.
Qeyd edək ki, Gürcüstanda bir sıra cinayətlərdə ittiham olunan M. Saakaşvili 2015-ci ilin mayında Ukrayna vətəndaşlığı alıb və Odessa vilayətinin qubernatoru təyin edilib. 2016-cı ilin noyabrında isə qubernator postundan istefa verib və hakimiyyəti tənqid etməyə başlayıb. Ukrayna prezidenti Petr Poroşenko bu il iyulun 26-da, M. Saakaşvili ABŞ-da olarkən onu Ukrayna vətəndaşlığından məhrum edib. Ancaq M. Saakaşvili sentyabrın 10-da tərəfdarları ilə birlikdə Polşa sərhədindən Ukraynaya keçməyi bacarıb. Bu zaman Ukrayna təhlükəsizlik qüvvələrinin 22 əməkdaşı xəsarət alıb. Lvov polisi sərhədin qanunsuz keçmək və polisə müqavimət ittihamları ilə 15 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutan cinayət işi açılıb.

Ziya Səccad
Ölkə.Az

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Suriyadan şok açıqlama:
Suriyadan şok açıqlama: - Türkiyəni dərhal vuracağıq
Nazir müavini həmçinin türk qırıcılarının Suriyada əməliyyata başlayacağı
İlham Əliyev 6 sərəncam, 1 fərman imzaladı
İlham Əliyev 6 sərəncam, 1 fərman imzaladı
Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100
Nazarbayev Trampla Putin arasında vasitəçilik edir?
Nazarbayev Trampla Putin arasında vasitəçilik edir?
Qazaxıstan prezidentinin ABŞ-a səfəri əsnasında Vaşinqton-Moskva
reklam
Neft yenidən bahalaşdı
Neft yenidən bahalaşdı
“Brent” markalı neftin 1 barrelinin dəyəri isə 0,21 dollar və ya 0,30%
Ermənilər  mövqelərimizi 126 dəfə atəşə tutub
Ermənilər mövqelərimizi 126 dəfə atəşə tutub
Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində, İcevan
 
XİA.az - TƏQDİMAT
FAKT