8 Mart Beynəlxalq Qadınlar Günü bayramınız mübarək olsun əziz xanımlar!

8 Mart Beynəlxalq Qadınlar Günü bayramınız mübarək olsun əziz xanımlar!
Qadınlarımız başımızın tacıdır. Hz. Məhəmməd Peyğəmbər (S.A.V.) "Cənnət anaların ayaqları altındadır deyib". Qadınlarımızı sadəcə bir gün deyil hər gün sevindirməliyik.

"Xəbərçi İnformasiya Agentliyi" MMC-nin (XİA.az saytının) direktoru Vüqar Ələkbərov 8 mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə Azərbaycan xanımlarını təbrik edib.

Vüqar Ələkbərov - Bu gün Azərbaycan qadını ölkənin ictimai-siyasi, sosial-iqtisadi, həmçinin mədəni və ədəbi həyatında fəal rol oynamaqla yanaşı olaraq ana obrazını və yalnız ona xas olan xüsusi zərifliyi qoruyub saxlaya bilib. Prezident İlham Əliyev qadınlara xususi diqqət və qayğı göstərərək, onların fədakar əməyinə, dəyərli xidmətlərinə hər zaman yüksək qiymət verir. İctimai-siyasi həyatda fəallıqlarını artırmalarına, idarəetmə strukturlarında təmsil olunmalarına geniş şərait yaradır. Bu gün ölkəmiz üçün çox mühüm bir sahə olan KİV-də qadınlar işlərinin öhdəsindən də müvəffəqiyyətlə gəlirlər.
Azərbaycan xalqı şanlı mübarizə yolu keçərək, bu gün dünyada misilsiz nailiyyətləri ilə tanınır, gündən-günə nüfuzu artır. Uğurların əldə edilməsində Azərbaycanın mərd və fədakar qadınlarının böyük rolu var. Ulu öndər Heydər Əliyevin dediyi kimi, “Azərbaycan qadını tarix boyu ağlı, zəkası, qeyrəti, namusu, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə millətinə, torpağına olan hədsiz məhəbbəti ilə, Azərbaycan qadınının xüsusiyyətləri ilə tanınmışdır”.


XİA.az saytının bütün əməkadşları qadınları Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, onlara cansağlığı və səadət arzulayırlar.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT