«İlhamla irəli» deyək

«İlhamla irəli» deyək
Yeni Azərbaycan Partiyasının (YAP) Prezidentliyə namizədi cənab İlham Əliyevin Ucar rayonunda təbliğat-təşviqat kampaniyası uğurla davam edir.

Bu gün YAP Mərkəzi Seçki Qərargahı Ucar rayon şöbəsinin 11 aprel 2018-ci ildə Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərinə həsr edilmiş «İlhamla irəli» şüarı ilə açıq havada rayonun Ramal kəndində mitinqi keçirilib.

Mintinqi giriş sözü ilə YAP Mərkəzi Seçki Qərargahı Ucar rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq bildirib ki, Azərbaycan bütün sahələrdə böyük uğurlara imza atıb. Prezident-xalq birliyi təbii ki, bütün uğurların əsasında dayanan əsas amillərdəndir. Xalq həyata keçirilən siyasətin gələcəyinə böyük inamla baxır. Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva çıxışının sonunda seçiciləri 11 apreldə keçiriləcək prezident seçkilərində fəallıq göstərməyə və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə yekdilliklə səs verməyə çağırıb.

Təbliğat qrupunun üzvləri Alı Babayev və Rahib Rəsulov çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin rəhbərliyi ilə 2003-2018-ci illərdə müstəqil Azərbaycanımızın qazandığı mötəşəm tarixi naliyyətlər haqqında ətraflı məlumat verərək seçiciləri xalqımızın alternativsiz liderinə səs verməyə çağırıblar.

Seçicilərdən Şahlıq kənd sakini Arif Əhmədov, Ramal kənd sakinləri Züleyxa Qurbanova, Könül Məmmədova və Əlikənd kənd sakini Azadə Xəlilova çıxış edərək ötən 15 ildə cənab İlham Əliyevin hər bir Azərbaycanlının Prezidenti olduğunu sübut etdiyini vurğulamaqla seçkilərdə cənab İlham Əliyevin namizədliyini yekdilliklə müdafiə edəcəklərini bəyan ediblər.

Gənclər bu tədbirdə qarşıdakı 7 il üçün daha güclü və qüdrətli Azərbaycan naminə bütün ölkə gəncliyinə «İlhamla irəli» səsləyərək, 11 aprel 2018-ci ildə Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkilərində YAP namizədi cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi üçün çağırış ediblər.

Orxan Vahidoğlu, «İki sahil»

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Tramp:
Tramp: - “Bir ay əvvəl Suriyada ABŞ və Rusiya arasında şiddətli toqquşma olub"
D.Tramp həmçinin bildirib ki, bir ay əvvəl Suriyada ABŞ və Rusiya
Ermənilərin yaraladığı Ağcabədi sakininin bədənindən qəlpəni götürmək mümkün olmayıb
Ermənilərin yaraladığı Ağcabədi sakininin bədənindən qəlpəni götürmək mümkün olmayıb
“Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kənd sakini Rahim Hacıyev
Qızıl və neft bahalaşıb
Qızıl və neft bahalaşıb
Amerika fond bazarında "Dow Jones" indeksi 0,16% - 24 748,07 bəndədək
reklam
ETSN:
ETSN: - Bakıda tozun miqdarı normadan 30 faiz yuxarıdır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli
Bakının İrəvan siyasəti:
Bakının İrəvan siyasəti: - Sərkisyan elə bir etiraf etdi ki...
Bu sözləri Axar.az-a açıqlamasında Serj Sərkisyanın ötən gün Ermənistan
Erməni ordusu cəbhədə təxribat törətdi:
Erməni ordusu cəbhədə təxribat törətdi: - yaralı var
Aprelin 18-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci
 
XİA.az - TƏQDİMAT