Böhran Qrupu: Ermənistandakı qeyri-sabitlik Dağlıq Qarabağ bölgəsində eskalasiyanı gücləndirə bilər

Böhran Qrupu: Ermənistandakı qeyri-sabitlik Dağlıq Qarabağ bölgəsində eskalasiyanı gücləndirə bilər












“Ermənistandakı qeyri-sabitlik Dağlıq Qarabağ bölgəsində eskalasiyanı gücləndirə bilər”.

Bu barədə Beynəlxalq Böhran Qrupunun Ermənistandakı vəziyyətlə bağlı hazırladığı şərhdə deyilir.

Bildirilir ki, münaqişənin həlli ilə bağlı danışıqlar zamanı mübahisəli mövqelər və regiondakı silahlanma 2016-cı ildə ölümlə nəticələnən toqquşmalara gətirib çıxarıb. Qeyd olunur ki, hazırkı vəziyyətdə münaqişəni alovlandıra biləcək üç təhlükə mövcuddur: “Birincisi odur ki, Azərbaycanın mümkün hərbi müdaxiləsindən narahat olan Dağlıq Qarabağdakı komandirlər 2016-cı ildən bəri nəzərdə tutduqları kimi əvvəlcədən hücum edə bilərlər. Bu hal həmçinin Dağlıq Qarabağdakı hərbçiləri üçün 2016-cı ildə Ermənistanın Azərbaycana uduzduğu ərazilərin geri qaytarılması üçün son şans kimi görünə bilər. İkincisi, Ermənistandakı qarışıqlıqdan istifadə edərək Azərbaycan özü münaqişə zonasına hücum edə bilər. Lakin Azərbaycanda dövlət rəsmiləri Ermənistandakı hadisələrlə bağlı hərbi ritorik bəyanatlar vermirlər. Hansı ki bu bəyanatların səsləndirilməsi region üçün adi hal idi. Bu hələ ki, yaxşı əlamətdir. Üçüncüsü, münaqişənin nəzarətdən çıxması və ya niyyətlərin düzgün anlaşılmaması riski hələ də qalır. Bu risk xüsusilə həssaslığın və hazırlığın olduğu bir zamanda yüksəkdir”.

Qeyd olunur ki, bütün tərəflər istənilən eskalasiya addımlarından çəkinməli, siyasi və diplomatik kanalları açıq saxlamalıdır: “ATƏT-in Minsk qrupunun həmsədrləri və Avropa İttifaqı tərəflərə xatırlatmalıdır ki, yeni toqquşma nə dərəcədə təhlükəli ola bilər. Ermənistandakı siyasi böhranı nəzərə alaraq, həmsədrlər ənənəvi kanallarla Dağlıq Qarabağ ətrafında vəziyyətin gərginləşməsi riskləri barədə Nikol Paşinyanla müzakirələr aparmalıdırlar”.(apa)

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bu gün 42 dərəcə isti olacaq
Bu gün 42 dərəcə isti olacaq
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi
Düşmən atəşkəsi 101 dəfə pozub
Düşmən atəşkəsi 101 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif
Ələtdəki qəzanın səbəbi açıqlandı - VİDEO
Ələtdəki qəzanın səbəbi açıqlandı - VİDEO
Bakı-Ələt magistral yolunda baş verən dəhşətli qəza yük maşını sürücüsünün
reklam
Avtobus qəzasında 1 nəfər ölüb, 13 nəfər yaralanıb
Avtobus qəzasında 1 nəfər ölüb, 13 nəfər yaralanıb
Bu barədə açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri
6 ayda 240 mindən çox it peyvənd olunub
6 ayda 240 mindən çox it peyvənd olunub
Bu il yanvarın əvvəllərindən etibarən ölkə ərazisində Kənd Təsərrüfatı
 
XİA.az - TƏQDİMAT