Qüds toqquşması: 52 ölü, 2400 yaralı - Matəm elan edildi/Video

Qüds toqquşması: 52 ölü, 2400 yaralı - Matəm elan edildi/Video
ABŞ Prezidenti Donald Trampın Təl-Əvivdəki səfirliyin Qüdsə köçürülməsi qərarı bu gün icra ediləcək.

Qüdsdə ABŞ səfirliyinin yerləşdiyi küçədə böyük bir sevinc hissi hakim olduğu halda, sərhəddə etiraz sədaları getdikcə gərgin xarakter almaqdadır.

Səhər saatlarında iş yerlərini bağlayan bir çox fələstinli açılışa etiraz etmək üçün sərhədə yönəlib. İsrail ordusu isə səhər saatlarından etibarən sərhəddə gərginlik yaşanmasına səbəb ola biləcək addımlardan qaçmaq üçün havadan xəbərdarlıq vərəqələri paylayıb.

Qüdsdəki ABŞ səfirliyinin açılış mərasimi ilə əlaqədar ABŞ Prezidenti Donald Trampın qızı İvanka Tramp və həyat yoldaşı Cared Kuşner artıq İsrailə səfər edib. Donald Trampın özünün də açılışa telekonfrans vasitəsilə qatılması gözlənilir. AB qərara etiraz etdiyi üçün açılış mərasimində bir çox Avropa ölkəsi təmsil olunmayacaq. Lakin mərasimdə Macarıstan, Rumıniya və Çexiya təmsilçilərinin iştirakı gözlənilir.

Trampın Qüds açıqlamasından sonra səfirliklərini Qüdsə köçürmə qərarı qəbul edən Qvatemala və Paraqvay rəhbərlərinin də təbdirdə iştirak edəcəyi bildirilir.

ABŞ səfirliyinin köçürüləcəyi küçədə ABŞ və İsrail bayraqları ilə yanaşı, “Tramp İsraili böyük etdi” yazılmış lövhələr quraşdırılıb.

Qeyd edək ki, ötən gündən İsrail hökuməti minə yaxın xüsusi təyinatlı döyüşçünü Qəzza sərhəd zolağına və İordan çayının qərb sahilinə yerləşdirib.

Ordunun yaydığı məlumata görə, təhlükəsizliyi 3 quru qoşunları komandanlığı təmin edəcək. Bildirilir ki, HƏMAS-ın 14 və 15 may tarixlərində müxtəlif təxribatlarına qarşı ordu hazır vəziyyətə gətirilib.(axar.az)

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən Lalə
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
Deputatın oğlu məhkəmədə ifadə verib
Deputatın oğlu məhkəmədə ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur
reklam
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Gəncədə baş verən hadisəni qətiyyətlə pisləyirəm. Bu hadisələr din pərdəsi
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Gəncədə baş verən hadisələrə görə hər bir Azərbaycan vətəndaşı kimi
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Bir neçə gün əvvəl Gəncədə terror hadisəsi yaşandı. Biz terrorun hər
 
XİA.az - TƏQDİMAT