Azərbaycanın siyasi partiyasından Ərdoğana TƏBRİK

Azərbaycanın siyasi partiyasından Ərdoğana TƏBRİK
Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanı prezident seçilməsi münasibəti ilə təbrik edib.
Bu barədə AVP-nın mətbuat xidmətindən məlumat verib.

Təbrikdə deyilir:

“Çox hörmətli Rəcəb Tayyib Ərdoğan!
Sizi yenidən Türkiyə Cümhuriyyətinin prezidenti seçilməyiniz münasibətilə öz və rəhbəri olduğum Ana Vətən Partiyasının üzvləri adından ürəkdən təbrik edir, şərəfli və çətin fəaliyyətinizdə sizə yeni-yeni uğurlar arzulayıram.
Seçkilərin gedişi və nəticəsi göstərdi ki, sizin bir lider və dövlət xadimi kimi Türkiyədə böyük nüfuzunuz var. Bu bizi sevindirir. Əminik ki, ötüb keçən 15 il zaman kəsiyində olduğu kimi, bundan sonra da Türkiyə dövlətinin güclənməsinə və beynəlxalq nüfuzunun artmasına daha əhəmiyyətli töhfələr verəcəksiniz.

Bu bir həqiqətdir ki, Türkiyə və Azərbaycan dostluğunun möhkəmlənməsində siz cox önəmli rol oynayırsınız. İnanıram ki, bundan sonra da dövlətlərimiz və xalqlarımız arasında münasibətlərin, dostluq və qardaşlığın güclənməsində öz əməyinizi əsirgəməyəcək, bütün sahələrdə olduğu kimi, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsində də Zati-aliləri Cənab İlham Əliyevlə və Azərbaycan xalqı ilə birlikdə olacaqsınız.
Bir daha Sizi təbrik edir, sizə möhkəm can sağlığı və prezidentlik fəaliyyətinizdə böyük uğurlar diləyirəm!”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
23 fevralda gözlənilən hava şəraiti
23 fevralda gözlənilən hava şəraiti
Bakıda və Abşeron yarımadasında fevralın 23-də havanın dəyişkən buludlu
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib
Fevralın 22-də ölkənin aparıcı kütləvi informasiya vasitələri
Kəngərli rayonunun Yurdçu kəndində qapalı suvarma şəbəkəsi qurulur
Kəngərli rayonunun Yurdçu kəndində qapalı suvarma şəbəkəsi qurulur
Muxtar respublikada meliorasiya və irriqasiya tədbirlərinin əhatə
reklam
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
Muxtar respublikanın iqlim şəraiti alternativ və bərpaolunan enerjidən
Goranboy Rayon Mədəniyyət Mərkəzində
Goranboy Rayon Mədəniyyət Mərkəzində "Xocalı faciəsi" ilə bağlı olaraq tədbir keçirilmişdir.
Tədbirdə rayon MKS-nin, rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Dövlət Rəsm
Amerikanın azərbaycanlı iş adamı
Amerikanın azərbaycanlı iş adamı - Şuşadan Vaşinqtona gedən YOL...
Ağıllı, əzmkar, çalışqan gəncləri görəndə adamın ürəyi dağa dönür. Zarafat
 
XİA.az - TƏQDİMAT