Gəncədə üzdəniraq və manyaklar “qəhrəmanlıq” göstərdilər

Gəncədə üzdəniraq və manyaklar “qəhrəmanlıq” göstərdilər
Bu gün, demək olar ki hər dairədə elita və ya taksi sürücüləri arasında dünən axşam saatlarında Gəncədə baş verən hadisələrin detalları müzakirə edilir.
Sosial şəbəkələrdə Azərbaycanın ikinci böyük şəhərində aksiya törədənləri “qəhrəman” adlandıranlar da tapıldı.

Bir sözlə desək, Gəncədəki aksiyalar Azərbaycan cəmiyyətində böyük rezonans doğurdu.

Xainlərə və polis qatillərinə haqq qazandıranlara həsr olunur:

Sizi təəccübləndirmir ki, bu radikal əhval-ruhiyyəli insanlar qara kriminal keçmişə malikdir?! Niyə qara, çünki dünən hüquq-mühafizə orqanlarının əməkdaşlarını qətlə yetirən şəxslər öz analarını, atalarını və həyat yoldaşlarını öldürdükləri üçün həbsxana həyatı yaşayıblar.

Sosial şəbəkələrdə Gəncə sakinləri yazır ki, bu polisləri öldürənlər gəncəli ola bilməzlər, çünki istənilən yerli sakin qətlə yetirilmiş polkovniklərə hörmət edirdi.

“Onlar vətənini, ölkəsini və insanlarını sevən əsl polislər idilər. Onları qətlə yetirənlər isə aranı qarışdırmaq üçün ora göndərilmişlər idi”, - hadisələrin şahidi olan Gəncə sakini yazıb.

XİA.az oxu.az-a istinadən polisləri öldürən şəxslərin bioqrafiyası haqqında bəzi maraqlı faktları təqdim edir:

Doğma anasının qatili və oğru

Rəşad Böyükkişiyev (1988-ci il təvəllüdlü) iki dəfə məhkumluq həyatı yaşayıb. 2007-ci ildə o, doğma anasının qətlində təqsirli bilinib və 7 il müddətinə azadlıqdan məhrum olunub.
İkinci dəfə o, cinayət məsuliyyətinə Rusiyada cəlb olunub. Ona qarşı oğurluq maddəsi ilə ittiham irəli sürülüb.
Cinayətkar və dələduz

Fərrux Qasımov cinayət mühitinin nümayəndəsidir. Onun qardaşı Ramin Qasımov hazırda №6 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir. 2016-cı ildə o,xuliqanlıq məqsədilə ağır bədən xəsarətləri yetirdiyinə görə 7 il müddətində azadlıqdan məhrum edilib.

Həyat yoldaşının qatili

Mahir Bəyalıyev – sosial şəbəkələr vasitəsilə Gəncə küçələrində qanunsuz aksiyaların əsas təhrikçiləri və iştirakçılarından biridir.

O, polislərin qətlinə çağıran təxribat xarakterli postlar dərc edib. Bəyalıyevin belə postlarından birini diqqətinizə çatdırırıq:

“Qardaşlar, polisləri öldürmək vaxtı gəlib çatdı. Əgər biz silahlı dəstələr yarada bilsək, bizi qələbə gözləyir. Birləşmək və polislərə dərs keçmək lazımdır”.

Radikal əhval-ruhiyyəli Bəyalıyev hətta onun baxışlarını bölüşməyən keçmiş həyat yoldaşını amansızlıqla qətlə yetirib.

Ən təəccüblüsü isə odur ki, kriminal anlayışlarla hərəkət edən bu adamlar din pərdəsinə bürünüblər... Gəncədə qanunsuz etiraz aksiyaları zamanı çəkilmiş videokadrlarda ərəb dilində cümlələr və əsasən də “Allahu Əkbər” şüarları çox aydın eşidilir...

Gəncədə çəkilmiş kadrlara əsasən demək olar ki, qanunsuz etiraz aksiyasının iştirakçılarının geyimlərini nəzərə almasaq, asanlıqla İŞİD nümayəndələri ilə qarışıq salmaq olardı.

P.S. Azərbaycanın ləyaqətli, bizi quldurlardan, cəmiyyətin tör-töküntüləri və İŞİD fanatlarından qoruyan oğulları həlak oldu. Qətlə yetirilmiş polislərin uşaqları qalıb. Düşünmək zamanıdır, cənablar...

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Abbas Bağırov köməkçisini bağışladı
Abbas Bağırov köməkçisini bağışladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən
Canavarlar kəndlərə hücum edir
Canavarlar kəndlərə hücum edir - Nazirlik hərəkətə keçdi
oranboy rayonunun Boluslu və Eyvazlılar kəndlərinə canavarların hücum
Martdan Azərbaycanda minimal pensiya 160 manat olacaq
Martdan Azərbaycanda minimal pensiya 160 manat olacaq
“Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər layihəsi parlamentin bu
reklam
Sinoptiklər şaxtalı hava vəd edirlər
Sinoptiklər şaxtalı hava vəd edirlər
Fevralın 20-də Bakı və Abşeron yarımadasında yağıntının səhər tədricən
İlham Əliyev çoxmənzilli binalarla bağlı fərman imzaladı
İlham Əliyev çoxmənzilli binalarla bağlı fərman imzaladı
Prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə
Bakıda silah gəzdirən Masallı sakini tutuldu
Bakıda silah gəzdirən Masallı sakini tutuldu - FOTO
Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşları tərəfindən
 
XİA.az - TƏQDİMAT