Məmmədyarov Qarabağ barədə: Azərbaycan dialoqa açıqdır, ancaq...

Məmmədyarov Qarabağ barədə: Azərbaycan dialoqa açıqdır, ancaq...
Azərbaycan dialoqa açıqdır. Ancaq bu, nəticəyə və Azərbaycan torpaqlarının işğaldan azad edilməsi prosesinin tezliklə başlanmasına istiqamətlənmiş məzmunlu və məsuliyyətli danışıqlar olmalıdır.

Oxu.Az xəbər verir ki, bu fikiləri “RİA Novosti” agentliyinə açıqlamasında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, bu müşkül məsələni həll etmək lazımdır və bundan sonra yaranan bütün problemlərin həlli tamamilə başqa xarakter alacaq və belə çətinliklərlə əlaqəli olmayacaq.

“ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar uzun müddətdir davam edir. Onun mandatı haqqında sənəddə bildirilir ki, Minsk qrupu öz fəaliyyətində müvafiq beynəlxalq hüquq prinsipləri və normalarına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki yekun aktının müddəalarına əsaslanır.

Beynəlxalq ictimaiyyət beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Münaqişənin həlli məhz bu müddəalara əsaslanmalıdır.

Xatırlatmaq istərdim ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı qətnamələri işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan Respublikası ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir.

Minsk Qrupunun həmsədrləri tərəfindən təklif olunan mərhələli həll modelləri uzun müddətdir hər kəsə məlumdur. Rusiya, ABŞ və Fransa rəhbərlərinin birgə bəyanatlarında dəfələrlə işğal faktına əsaslanan status-kvonun qəbuledilməzliyi ilə bağlı mövqe səsləndirilib.

Əfsuslar olsun ki, indiyə qədər biz bu işə son qoya bilməmişik. Müvəqqəti həll prosesini inkişaf etdirmək üçün mövcud formata və mövcud gündəmə əsaslanan danışıqların intensivləşdirilməsini təmin etməliyik”, - nazir deyib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hacı Şahin Həsənlinin xütbədə söylədiyi müzakirə doğurdu
Hacı Şahin Həsənlinin xütbədə söylədiyi müzakirə doğurdu
İlahiyyatçı: “Namaz qılıb özündən razı olmaq və araq içib özündən narazı
Türkiyədə “McDonalds”lar bağlana bilər
Türkiyədə “McDonalds”lar bağlana bilər
Xəbər verdiyimiz kimi, Vaşinqton Ankaraya qarşı sanksiyalar tətbiq
Qazaxda ailənin tək oğlan övladı çayda batıb
Qazaxda ailənin tək oğlan övladı çayda batıb
Uzaqdan onun batdığını görən uşaqlar valideynlərinə xəbər veriblər. Kənd
reklam
İlham Əliyev yol tikintisinə 9,1 milyon manat ayırdı
İlham Əliyev yol tikintisinə 9,1 milyon manat ayırdı
Prezident İlham Əliyev Lənkəran rayonunun Hirkan–Daştatük–Biləsər
Azərbaycanlı mayor özünü güllələyərək öldürdü
Azərbaycanlı mayor özünü güllələyərək öldürdü - Astanada dəhşətli intihar
Qazaxıstanın paytaxtı Astanada, Karaqanda və Pavlodar vilayətlərini
Gəncədə kişi həyat yoldaşını və qayınatasını odlu silahla qətlə yetirib
Gəncədə kişi həyat yoldaşını və qayınatasını odlu silahla qətlə yetirib
1990-cı il təvəllüdlü Məsim Məmmədov 62 yaşlı qayınatası Əkbərov Namiq
 
XİA.az - TƏQDİMAT