Xamenei etirazlar haqda: Heç bir qələt edə bilməzlər!

Xamenei etirazlar haqda: Heç bir qələt edə bilməzlər!
İranın dini lideri, ayətullah Əli Xamenei son günlər rejimə qarşı keçirilən kütləvi etirazlara, ona qarşı səsləndirilən sərt şüarlara ilk dəfə reaksiya verib.

Axar.az xəbər verir ki, ali dini lider xaricdə yaşayan bir qrup mədəni fəalla görüşərək, ölkənin mövcud durumundan danışıb. Görüşə qatılan fəallardan biri ölkənin gələcəyindən və baş verən son olaylardan ciddi nigaran qaldıqlarını bildirib. Görüşdə ölkənin mövcud durumuna toxunan, son etirazlara eyham vuran Xamenei deyib ki, heç kəs rejimin sabahından nigaran qalmamalıdır:

“Ölkə sərhədlərindən kənarda yaşayan və fəaliyyət aparan inqilab tərəfdarları bizim hazırkı şərait və durumumuzdan narahat olmamalıdır. Onlar əmin olsunlar ki, heç kəs heç bir qələt edə bilməz. Bunda heç bir şübhəniz olmasın və bunu hamıya deyin”.

Xatırladaq ki, iyulun 31-də İranın ən azı 7 şəhərində ölkənin ağır iqtisadi durumuna, milli valyutanın dollar qarşısında dəyərini kəskin itirməsinə, işsizliyə, bahalığa, inflyasiyaya və ölkə rəsmilərinin səriştəsizliyinə qarşı ölkənin 15 şəhərində kütləvi etirazlar keçirilib.

1 nəfərin ölümü, onlarla insanın yaralanması və 100-dən çox etirazçının həbsi ilə nəticələnən kütləvi etirazlar, hazırda müvəqqəti olaraq dayandırılıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Türk siyasətçi Ankara-İrəvan münasibətlərinin qurulması şərtini açıqlayıb
Türk siyasətçi Ankara-İrəvan münasibətlərinin qurulması şərtini açıqlayıb
“Azərbaycanın ərazi bütövlüyü təmin edilmədən İrəvanla Ankara arasında
Azərbaycanda 25 gün əvvəl qoşulub qaçan qadın ölüb
Azərbaycanda 25 gün əvvəl qoşulub qaçan qadın ölüb
Azərbaycanda 25 gün əvvəl ərə gedən qadın dünyasını dəyişib.
MTRŞ-dan açıqlama: “Röya söyüşə görə cəza almayacaq”
MTRŞ-dan açıqlama: “Röya söyüşə görə cəza almayacaq”
“Röyanın efirdə təhqiramiz ifadə işlətməsi 9 ay əvvəl baş verib, köhnə
reklam
Qan donduran hadisə
Qan donduran hadisə - Öldürdüyü 63 pişiyi soyuducuda saxladı - VİDEO
Amerikanın Minnesota əyalətində baş verən qan donduran hadisə eşidənlərin
Gömrükdə avtomobildən 3000 ədəd siqaret aşkarlanıb
Gömrükdə avtomobildən 3000 ədəd siqaret aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin
Gömrükdə narkotik vasitə - marixuana aşkarlanıb
Gömrükdə narkotik vasitə - marixuana aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada keçid
 
XİA.az - TƏQDİMAT