5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür
5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür. Müəllimlər günü UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunmuşdur. İndi oktyabrın 5-ni dünyanın 100-dən artıq ölkəsi müəllimlərin peşə bayramı kimi qeyd edir. Müstəqil Azərbaycanda isə bu bayramın keçirilməsi ilə bağlı sərəncamı ulu öndər Heydər Əliyev vermişdir.

Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca istiqamət seçib. Təsadüfi deyil ki, XXI əsr Azərbaycanında əsl təhsil bumu yaşanır. Son illərdə ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni məktəblər tikilib, əlavə korpuslar inşa olunub. İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən fərqlənmir, hətta onları üstələyir. Sevindirici hal bir də odur ki, bu proses paytaxtla yanaşı, bütün bölgələri də əhatə edir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyev İtaliya Senatı sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
İlham Əliyev İtaliya Senatı sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də İtaliya
İlham Əliyev Türkmənistan Nazirlər Kabineti Sədrinin müavinini qəbul edib
İlham Əliyev Türkmənistan Nazirlər Kabineti Sədrinin müavinini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də
On beş il:
On beş il: - sabit və təhlükəsiz Azərbaycan
Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Beynəlxalq Əlaqələr
reklam
Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması yekunlaşır
Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması yekunlaşır - VİDEO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərinin
Almaniyanın NİTRO jurnalının əməkdaşları Gəncədə olublar
Almaniyanın NİTRO jurnalının əməkdaşları Gəncədə olublar
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Almaniyanın NİTRO
Niyazi Bayramov məktəbəqədər və orta təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb
Niyazi Bayramov məktəbəqədər və orta təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov körpələr evi-uşaq
 
XİA.az - TƏQDİMAT