“Milli Məclisin tərkibinin bütövlükdə buraxılmasından söhbət gedə bilməz” – Zahid Oruc

“Milli Məclisin tərkibinin bütövlükdə buraxılmasından söhbət gedə bilməz” – Zahid Oruc

“Parlamentin tərkibinin bütövlüklə buraxılmasından söhbət gedə bilməz. Hazırki Milli Məclis deputatlarının səlahiyyət müddəti 2020-ci ildə bitəcək. Ölkədə təhklükəsizliyə təhdid, müharibə şəraiti yoxdur ki, seçki keçirilsin”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü deputat Zahid Oruc deyib.

Z.Oruc qeyd edib ki, boş qalan dairə üzrə seçkinin keçirilməsi üçün müddət müəyyən edilməyib, qanunvericilikdə bu məsələ hələ də açıq qalır: “Prezident İlham Əliyev parlamentdə bir qrup deputatın fəaliyyətinə böyük dəyər verərək onların hökumətdə təmsilçiliyinə şərait yaradıb. Bu baxımdan onların deputat mandatı ləğv edilib, digər deputat həmkarımız isə vəfat edib. Ən yaxın müddətdə təkrar seçkinin gerçəkləşdirmək mümkündür. Bütün hallarda xalq təmsilçilik hüququna malikdir. Bundan başqa, müəyyən qüvvələr var ki, seçki prosesində iştirak etmək istəyirlər. Prezident seçkilərinə qatılmayan bəzi qüvvələr 6 seçki dairəsi üzrə keçirilən seçkilərdən şans kimi istifadə edə bilər. Küçə meydanlarında mübarizə aparmaqdansa, seçki mübarizəsinə qatılmaqla mübarizə aparılması daha doğru yoldur”.

Deputat vurğulayıb ki, 6 dairə üzrə seçkilərdə hakimiyyət əleyhdarlarının və ya iqtidayönlülərin qələbə qazanması parlamentin ümumi tərkibində qüvvələr nisbətini dəyişməyəcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 23-də imzaladığı sərəncama əsasən, 43 saylı Sumqayıt ücüncü seçki dairəsindən Milli Məclisə deputat seçilən Muxtar Babayev Ekologiya və təbii sərvətlər naziri, 91 saylı Ucar seçki dairəsindən deputat seçilən Vüsal Hüseynov dövlət miqrasiya xidmətinin rəisi, 34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçilən Fuad Muradov diasporla iş üzrə dövlət komitəsinin sədri təyin edilib. Prezidentin aprelin 21-də imzaladığı sərəncama əsasən isə, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən Milli Məclisə deputat seçilən Rzayev Rövşən Şükür oğlu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunub.

Xatırladaq ki, ötən il Azərbaycanın Birinci-vitse prezidenti təyin edilən Mehriban Əliyevanın deputat mandatına (14 saylı Xəzər ikinci seçki dairəsi) xitam verilib. 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat Astan Şahverdiyev isə vəfat edib. Beləliklə, deputatların sayı 119-a enib.

Azərbaycan Konstitusiyasının 89-cu (Azərbaycan Respublikası Milli Məclisi deputatlığından məhrumetmə və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi) maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda parlament üzvlüyündən istefa verməlidir. Həmin şəxs bunun üçün MSK-ya müraciət etməli, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, deputatın mandatına xitam verilməsi ilə bağlı qərar verməlidir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyev İtaliya Senatı sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
İlham Əliyev İtaliya Senatı sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də İtaliya
İlham Əliyev Türkmənistan Nazirlər Kabineti Sədrinin müavinini qəbul edib
İlham Əliyev Türkmənistan Nazirlər Kabineti Sədrinin müavinini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də
On beş il:
On beş il: - sabit və təhlükəsiz Azərbaycan
Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Beynəlxalq Əlaqələr
reklam
Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması yekunlaşır
Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması yekunlaşır - VİDEO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərinin
Almaniyanın NİTRO jurnalının əməkdaşları Gəncədə olublar
Almaniyanın NİTRO jurnalının əməkdaşları Gəncədə olublar
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Almaniyanın NİTRO
Niyazi Bayramov məktəbəqədər və orta təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb
Niyazi Bayramov məktəbəqədər və orta təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov körpələr evi-uşaq
 
XİA.az - TƏQDİMAT