Bu şəxslər həbs olunmalı, təcrid edilməlidir – Aynur Camalqızı

Bu şəxslər həbs olunmalı, təcrid edilməlidir – Aynur Camalqızı
Təəssüflər olsun ki, uzun illərdir "reket” jurnalistikasından əziyyət çəkirik. Bu kimi arzuolunmaz işlə məşğul olan "jurnalistlər" həqiqi jurnalistlərin əməyini hörmətdən salır. Biz həyatımızı, özümüzu bu sahəyə həsr etmişik. Bu yolda hətta ölməyə belə hazırkən bu cür şəxslər jurnalist adı ilə insanları şantaj edib, onların şəxsi həyatına aid olan özəl məlumatları, saxta informasiyaları cəmiyyətdə yaymaqla hədəyərək, külli miqdarda pul tələb edirlər. Bir çox hallarda imkanlı şəxslər öz imiclərini qorumaq üçün onların toruna düşürlər. Həqiqətən bu, çox xoşagəlməz haldır.

XİA.az xəbər verir ki, bu sözləri Şərq.az-a müsahibəsində "Teleqraf Holdinq”in rəhbəri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Aynur Camalqızı “reket jurnalistikası” mövzusuna münasibət bildirərkən deyib. A.Camalqızı "reket"liyi jurnalistika sahəsində xoşagəlməz, utancverici, hətta biabırçı hal adlandırıb.

Baş yazar diqqətə çatdırıb ki, uzun illərdir, Mətbuat Şurası (MŞ) "reket” jurnalistlərlə mübarizə aparır:

"Peşəkar jurnalistlər olaraq var gücümüzlə onları sıradan çıxarmağa çalışırıq. Lakin bunu bacarmaq həddindən artıq çətindir. MŞ-nın əlində inzibati resurslar yoxdur. "Reket” jurnalistlərə ən ağır cəza olaraq onların saytlarını, qəzetlərini yalnız "qara siyahı"ya sala bilirik. Amma bu da çıxış yolu deyil. Çünki onlar bir yox, onlarla sayt, qəzet adı qeydiyyatdan keçiriblər. Onların birini “qara siyahı”ya salanda və yaxud blokladanda digərləri ilə öz mənfi fəaliyyətlərini davam etdirirlər. Bununla da "qəhrəman"ların qarşısını almaq mümkün olmur”.

MŞ İdarə Heyətinin üzvü bildirib ki, “Realliq.info” saytının baş redaktoru İ.Rəhimovun arzuolunmaz fəaliyyətindən xəbərdardır:

“Bir sıra sosial media, internet resursları ilə bəzi şəxslər haqqında saxta məlumatlar yayırdı. Hətta xeyli müddət bundan əvvəl İ.Rəhimov mənim də əleyhimə yazı verib, məni də şantaj etməyə çalışmışdı. Həmin xəbəri gülüşlə qarşılamışdım.
Amma insanların şəxsi həyatını, ailəsini hədəfə alanda bunun üzərindən gülüşlə keçmək olmur. Həmin vaxt gərək onları ya məhkəməyə verib, polisə şikayət edəsən, ya da tələb etdikləri məbləği ödəyəsən. İ.Rəhimovun DTX tərəfindən saxlanılması sevindirici haldır. İnanıram ki, Azərbaycan məhkəmələri onun haqqında ədalətli qərar çıxaracaq. Beləliklə də İ.Rəhimovun həbsi onun digər "tərəfdaş"larına, reketçiliklə məşğul olanlara bir görk olacaq. Çünki onlar çox hallarda özlərini güclü hesab edib, fəaliyyətlərinin qarşısının alına bilməyəcəyini düşünürlər. Ona görə də onların saxta məlumatlarının ardı-arası kəsilmir”.
A.Camalqızı vurğulayıb ki, “reket”lik cinayətdir və əlbəttə ki, digər cinayət əməlləri kimi, bu əməl də hüquqi qiymətini almalıdır:
“Bu işlərlə məşğul olan şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Çünki onların işi jurnalistika deyil, sırf cinayətdir. Bu mənada həmin şəxslər məsuliyyətə cəlb olunmalı, onlar haqqında ədalətli hökm çıxarılmalıdır”.

Holdinq rəhbəri onu da əlavə edib ki, "reket” jurnalistlərə qarşı ictimai qınaq da olmalıdır:
"Hazırda xoşagəlməz fəaliyyətlə məşğul olan jurnalistlərin sayı həqiqi jurnalistika ilə məşğul olanlardan azdır. Lakin bir çox hallarda öz işləri ilə məşğul olan peşəkarlar onlara baş qoşmamağa, əhəmiyyət verməməyə çalışır. Amma belə etməklə də onlara geniş meydan vermiş oluruq. Bu baxımdan da ictimai qınaq çoxalmalıdır. Hər bir jurnalist istər sosial şəbəkələrdə, istərsə də çalışdığı media quruluşlarında onlara qarşı çıxmalıdır. Ümumiyyətlə, belə insanlar cəmiyyətdən çıxdaş olunmalıdır. "Reket” jurnalistlərə qarşı geniş müzakirələr aparıb, dəyirmi masalar təşkil olunmalıdır. Həmin insanlara salam da verilməli deyil”.

A.Camalqızının sözlərinə görə, bir çox hallarda dezinformasiya yayan şəxslərin qurbanına çevrilən insanlar onların gərçək jurnalist olub-olmamasından xəbərsiz olurlar:

"Bütövlükdə cəmiyyət içərisində maarifləndirici vasitələr hazırlanmalı, bu yöndə olan yazıların sayı artırılmalıdır. Bununla da insanlar biləcək ki, bu adamlar həqiqi jurnalist deyil. Onlar sadəcə cinayətlə məşğuldurlar”.

Qeyd edək ki, "Realliq.info” saytının baş redaktoru İkram Rəhimov saxlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, İ. Rəhimovun tabeçiliyində olan şəxslərlə birlikdə "Realliq.info” və digər "reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər DTX-də araşdırılıb. Məhkəmə qərarı əsasında aparılmış əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb.

İ.Rəhimov 26 oktyabr 2018-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Hazırda istintaq araşdırmaları davam edir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Sülhəddin Əkbər: “Kibercinayətkarlığa qarşı mərkəz yaradılmalıdır; panika
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
Türkiyənin “Pegasus Airlines” aviaşirkəti martın 15-dən başlayaraq
Güclü külək Bakıda fəsadlar törətdi
Güclü külək Bakıda fəsadlar törətdi
Paytaxtda müşahidə olunan kəskin hava şəraitindən insanlar qorunsa da,
reklam
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Ekspertlərdən Paris görüşündən sonra yayılmış bəyanata maraqlı
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri
Struktur dəyişikliyi ETSN-ə çatdı
Struktur dəyişikliyi ETSN-ə çatdı
Yanvarın 16-da prezident İlham Əliyev “Azərbaycan Respublikası Ekologiya
 
XİA.az - TƏQDİMAT