"Ermənistan ordusu özünə köhnə silahları belə kreditlə alır" — Deputat Elman Nəsirov

"Ermənistan ordusu özünə köhnə silahları belə kreditlə alır" — Deputat Elman Nəsirov
"Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın hərbi, siyasi və diplomatik üstünlükləri təmin edilib. Bütün bunlar ilk növbədə ordumuzun gücü ilə bağlıdır".
Bu fikirləri "Ölkə.Az"a açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirib.

Deputat deyib ki, Azərbaycan ən müasir silahlara və hərbi texnikaya malik olmaqla yanaşı, onun bütün hərbçilərində də çox yüksək döyüş ruhu var:

"Ordumuz nəyin uğrunda döyüşəcəyinin fərqindədir. Ordumuz bilir ki, Ana Vətənin bir qismi olan torpaqlarımız işğal altındadır və o yerləri işğaldan azad etmək hər bir əzgər və zabitlərimizin bir həyat amalına çevrilib. Bizi güclü edən əsas cəhət də məhz budur. Amma düşməndə isə bunların heç biri yoxdur. Bu gün Ermənistan ordusu bərbad və köhnə vəziyyətdə olan silah-sursatla təchiz edilib, özlərinə silahları belə kreditlə alırlar. Ən başlıcası isə Ermənistanın öz milli hərbi sənaye kompleksi yoxdur. Eyni zamanda Ermənistan əsgərlərində heç bir döyüş ruhu mövcud deyil. Bütün bunlar sadəcə söz deyil, həqiqətdir. Bütün dünya 2016-cı ilin aprel döyüşlərində sadaladığım hallara şahid oldu".
E.Nəsirov qeyd edib ki, indi Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusundan biridir:

"Heç kəsə sirr deyil ki, bu gün Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Son vaxtlarda keçirilən 2 hərbi parad Azərbaycan ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi. Azərbaycan ordusunun gücü ondadır ki, o ən müasir silahlarla, hərbi texnikalarla təchiz edilib. Cənab İlham Əliyev də Ali Baş Komandan kimi dəfələrlə çıxışlarında qeyd edib ki, biz bundan sonra da ordumuzu ən müasir silahlarla təmin edəcəyik. Bizim gücümüz həm də ondadır ki, Azərbaycan özünün milli müdafiə sənayesini formalaşdırıb. Son illərdə Azərvbaycanda 20 hərbi zavod tikilib. Azərbaycan 1200 adda hərbi təyinatlı məhsullar istehsal edir. Biz həm də hərbi sahədə ixracatçı dövlətə çevrilmişik. Bu yaxınlarda Bakıda keçirilən üçüncü hərbi müsafiə sənayesi sərgisi də göstərdi ki, Azərbaycan silahlarına beynəlxalq aləmdə də maraq var. Bu gün Azərbaycandan silah almaq istəyən tərəfdaş ölkələr mövcuddur. Azərbaycan bu sahədə də yaxşı nümunə göstərir".

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Xeyli miqdarda aksiz markasız spirtli içki aşkarlanıb
Xeyli miqdarda aksiz markasız spirtli içki aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin
Gömrükçülər qanunsuz yolla keçirilən mobil telefonlar aşkarladı
Gömrükçülər qanunsuz yolla keçirilən mobil telefonlar aşkarladı
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat
Vergilər Nazirliyindən taksi sürücülərinə XƏBƏRDARLIQ
Vergilər Nazirliyindən taksi sürücülərinə XƏBƏRDARLIQ
Ölkəmizdə taksi xidməti əsasən fərdi sahibkarlıq subyektləri üzərində
reklam
Neonasistlər provokasiyaya əl atırlar
Neonasistlər provokasiyaya əl atırlar
Neonasistlər qrupu Berlində yəhudilərə məxsus 70 mağaza, təşkilat və
Avstriya prezidenti casus qalmaqalının tam şəkildə araşdırılmasını tələb edib
Avstriya prezidenti casus qalmaqalının tam şəkildə araşdırılmasını tələb edib
Avstriyanın dövlət başçısı Aleksander Van der Bellen ölkəsində Rusiyaya
Göygöldə iki maşın toqquşdu, ölən var
Göygöldə iki maşın toqquşdu, ölən var
Göygöl rayonunun Balçılı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
 
XİA.az - TƏQDİMAT