"Bir çox Avropa ölkələrinin tibb müəssisələri ilə müqayisədə daha yaxşı səviyyədəyik" — Deputat

"Bir çox Avropa ölkələrinin tibb müəssisələri ilə müqayisədə daha yaxşı səviyyədəyik" — Deputat
“Səhiyyədə maliyyə siyasətinin düzgün qurulması, ayrılan maliyyənin düzgün istiqamətləndirilməsi əhalinin sağlamlığının qorunmasında və həyat keyfiyyətinin artırılmasında mühüm rol oynayır. Sosial sferanın əsasını təşkil edən səhiyyə sistemində maliyyə siyasətinin effektiv qurulması üçün bir çox dövlət qurumlarının sıx əməkdaşlığı çox vacibdir. Sevindirici haldır ki, müstəqillik dövründə ilk dəfə olaraq 2019-cu ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün ayrılan vəsait psixoloji baryer həddi olan 1 milyard manatı keçib”.
"Ölkə.Az" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Rəşad Mahmudov deyib.

O qeyd edib ki, səhiyyə xərclərinin dövlət büdcəsindəki xüsusi çəkisi ilk dəfə olaraq 4.2 faiz təşkil edəcək: “Bundan başqa, icbari tibbi sığortanın tətbiqi üçün 224 milyon manatın ayrılması nəzərdə tutulub. 2018-ci illə müqayisədə səhiyyəyə ayrılan artım 42 faizdir. Bu da səhiyyənin inkişafına real töhfəsini verəcək”.
Deputat bildirib ki, paytaxt Bakı ilə yanaşı, regionlarda da tibbi müəssisələri yüksək səviyyədə qurulub: “Əminliklə deyə bilərəm ki, bu imkanlarımız hesabına bir çox Avropa ölkələrinin tibb müəssisələri ilə müqayisədə daha yaxşı səviyyədəyik. Qəbul olunacaq büdcə layihəsi həm də 2019-cu ildən etibarən başlayan və gələcəkdə də davam edəcək dövlətin səhiyyədə yeni maliyyə yanaşması kimi yadda qalacaq. Bu da Prezident İlham Əliyevin səhiyyəyə göstərdiyi diqqətin bariz nümanəsidir. Azərbaycan həkimləri inanır ki, dövlətin bu şəkildə həyata keçirdiyi düşünülmüş səhiyyə siyasəti nəticəsində yaxın gələcəkdə hər bir vətəndaşın ehtiyac olduqda sağlamlığını heç düşünmədən, qorxmadan əmanət edəcəyi Azərbaycan səhiyyəsinin ən yüksək zirvəsinə çatmış olacağıq”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Sülhəddin Əkbər: “Kibercinayətkarlığa qarşı mərkəz yaradılmalıdır; panika
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
Türkiyənin “Pegasus Airlines” aviaşirkəti martın 15-dən başlayaraq
Güclü külək Bakıda fəsadlar törətdi
Güclü külək Bakıda fəsadlar törətdi
Paytaxtda müşahidə olunan kəskin hava şəraitindən insanlar qorunsa da,
reklam
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Ekspertlərdən Paris görüşündən sonra yayılmış bəyanata maraqlı
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri
Struktur dəyişikliyi ETSN-ə çatdı
Struktur dəyişikliyi ETSN-ə çatdı
Yanvarın 16-da prezident İlham Əliyev “Azərbaycan Respublikası Ekologiya
 
XİA.az - TƏQDİMAT