Paşinyan geyi belə vəsf etdi: Onun gözləri...

Paşinyan geyi belə vəsf etdi: Onun gözləri...

Ermənistanda gey-paradın keçirilməsi qalmaqalı ətrafında ehtiraslar hələ də qızışmaqdadır. Cəmiyyətin barışmaz mövqeyi səbəbindən hakimiyyət bu utancverici hərəkətin üstündən sakitcə keçməyə başladı. Bu da siyasi imicə böyük ziyan vurdu.

Axar.az xəbər verir ki, bunu rusiyalı jurnalist Sergey Dorenko “Danışır Moskva” radiosunda açıqlamasında deyib.

Jurnalistin sözlərinə görə, Paşinyan müəyyən etməlidir ki, homoseksualları dəstəkləyir, ya yox.

“Dekabrın 9-da Ermənistanda seçkilər keçiriləcək. Cənab Paşinyan da homoseksuallıqla bağlı anlaşılmaz şərhlər səsləndirib. Amma demək lazımdır ki, ermənilər mühafizəkar baxışlara malikdir. Bu xalq digər xalqlar kimi özündə mühafizəkar dəyərləri saxlayır. Fikrimcə Paşinyan intihar yolunu seçib. O, Parisdəki oteldə ona qəhvə verən oğlan haqda həssaslıqla danışdı.

Paşinyan ondan soruşub: “Qulaq as, sən niyə Ermənistana qayıtmırsan?”.

O deyib: “Biz məşuqumla birlikdə qaçdıq. Yəni bir-birini sevən iki erməni oğlan Fransaya qaçdılar, çünki onlar üçün həyat dözülməz imiş.

Paşinyan isə deyib ki, o bu oğlan haqqında çox düşünüb. Dorenko bu fikirlərin Paşinyanın siyasi imicini alt-üst etdiyini deyib.

“Mən homofob deyiləm, lakin sağlam cəmiyyətlərdə ailə institutu əhəmiyyətlidir. Bu mənada, nə Rusiya, nə də erməni cəmiyyəti istisnadır. Yəni ermənilərin böyük hissəsi bu məsələdə mühafizəkardır. Paşinyanın Parisdəki erməni oğlan haqqında dedikləri isə siyasi imicinə ciddi zərbə vurur. Siyasətçi Paşinyan siyasi mövqe tutmalıdır. Lakin o deyir ki, bu oğlanın gözəl gözləri var idi. Belə olanda biz Paşinyan haqqında başqa cür düşünməyə başlayırıq. Yəni o, anlamağa imkan verir ki, homoseksuallara simpatiya hiss edir”, - Dorenko bildirib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Sülhəddin Əkbər: “Kibercinayətkarlığa qarşı mərkəz yaradılmalıdır; panika
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
Türkiyənin “Pegasus Airlines” aviaşirkəti martın 15-dən başlayaraq
Güclü külək Bakıda fəsadlar törətdi
Güclü külək Bakıda fəsadlar törətdi
Paytaxtda müşahidə olunan kəskin hava şəraitindən insanlar qorunsa da,
reklam
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Ekspertlərdən Paris görüşündən sonra yayılmış bəyanata maraqlı
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri
Struktur dəyişikliyi ETSN-ə çatdı
Struktur dəyişikliyi ETSN-ə çatdı
Yanvarın 16-da prezident İlham Əliyev “Azərbaycan Respublikası Ekologiya
 
XİA.az - TƏQDİMAT