İrəvan 7 rayonu azad edir, sonra isə… - Rusiyadan baxış

İrəvan 7 rayonu azad edir, sonra isə… - Rusiyadan baxış
Dağlıq Qarabağ konfliktinin həlli təkcə siyasi-diplomatik yox, həm də intellektual prosesdir. Prosesin bütün iştirakçıları çox güclü şəkildə beyinlərini işlətməli olacaqlar.

Bu sözləri Axar.az-a açıqlamasında Rusiya Zabitləri Ekspertlər Şurasının üzvü, hərbi ekspert Aleksandr Perenciyev deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ ətrafındakı konfliktin həlli iki hissədən ibarət olmalıdır:

“Birinci hissə Dağlıq Qarabağ Muxtar Vilayətinə heç vaxt daxil olmayan 7 rayonunun azad edilməsi məsələsinə həsr edilməlidir. Güman edirəm ki, bu rayonlar beynəlxalq və ya regional oyunçuların nizamı təmin etdiyi demilitarizasiya zonası elan edilməlidir. Bu qüvvələrin nə olacağı ayrı məsələdir. Yəqin ki, onlar MDB, ATƏT və BMT himayəsi altında ola bilər. Diskussiya çərçivəsindən kənarda qalmalı olan məsələ isə bu rayonların Azərbaycanın tərkibinə verilməsidir. Başqa bir variant kimi bu 7 rayona Azərbaycan parlamentinin qərarıyla xüsusi status da verilə bilər. Donbas konfliktinin həlli istiqamətində Ukraynanın neqativ təcrübəsinə diqqət yetirmək olmaz. Problem ideyanın pis olması yox, onu kimin reallaşdırılmasıyla bağlıdır. Sözsüz ki, 7 rayonun rəsmi Bakının idarəçiliyinə verilməsi beynəlxalq müşahidəçilərin iştirakı və beynəlxalq hüquq çərçivəsində baş tutmalıdır”.

Ekspertin fikrincə, konfliktin həllinin ikinci hissəsi birbaşa keçmiş DQMV ətrafında konfliktin həllinə həsr edilməlidir:

“Burada ATƏT-in Minsk Qrupunun tərkibində Ermənistanla Azərbaycanın Dağlıq Qarabağ konfliktinin həlli ilə bağlı birgə komissiya yaradılmasına baxılmalıdır. Bu komissiya problemin həlli üçün diplomatik və siyasi layihələrlə bərabər, iqtisadi layihələr də təklif etməlidir. Bu iqtisadi layihələr siyasi-diplomatik layihələrin əhəmiyyətini və gücünü möhkəmləndirməlidir”.

O, rəsmi İrəvanın kompromisə getməyə hazır olmadan belə bir yol xəritəsinin reallaşdırılmasının mümkün olmadığını deyib:

“Buna görə də güman edirəm ki, bu, yol xəritəsində siyasi yox, məhz iqtisadi komponent üstünlük təşkil etməlidir. Hər şeydən öncə erməni tərəfinin işğal etdiyi Dağlıq Qarabağ və yeddi rayon problemi iqtisadi əsaslarla (yəni siyasi yox, maliyyə-iqtisadi vasitələr burada əsas amil rolunu oynayır – A.P.) həll edilməlidir”.

Ekspert əmindir ki, istənilən formatda – Cenevrə, Minsk, Soçi formatında - bu məsələ ilə bağlı sadəcə danışıqların aparılması və Ermənistan-Azərbaycan münasibətləri sistemində konkret layihələr yaratmadan hansısa nəticə əldə etmək mümkün olmayacaq.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib
İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib
Yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır - VİDEO
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər respublikada yol
Gəncə Dövlət Universitetində nə baş verir?
Gəncə Dövlət Universitetində nə baş verir? - TƏLƏBƏLƏR İMTAHANLARDAN KÜTLƏVİ ŞƏKİLDƏ KƏSİLİR + Vide
Gəncə Dövlət Univerisitetində qış imtahan sessiyasında yüzlərlə tələbə
reklam
Prezident Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edib
Prezident Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edib
Prezident İlham Əliyev SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt
Yol polisi də hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq etdi
Yol polisi də hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq etdi - DİQQƏT
Rüfət Quliyev: “Sürücülük təcrübəsi 3 ildən az olanlar belə hava
 
XİA.az - TƏQDİMAT