Politoloq: Prezident İlham Əliyevin siyasəti ölkəmizi beynəlxalq aləmdə uğurla təmsil etmək gücündə olan savadlı gənclərin yetişməsinə səbəb olub

Politoloq: Prezident İlham Əliyevin siyasəti ölkəmizi beynəlxalq aləmdə uğurla təmsil etmək gücündə olan savadlı gənclərin yetişməsinə səbəb olub
Müasir dünyada qarşısıalınmaz proses olan qloballaşma tək mədəniyyətliliyə doğru aparmaqla yanaşı, həm də hər bir xalqa öz mədəniyyətini təbliğ etmək imkanı yaradır. Bu baxımdan gənclərin milli ruhda tərbiyə alması çox vacib amildir. Bunu Trend-ə politoloq Nəzakət Məmmədova deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin haqlı olaraq söylədiyi kimi, Azərbaycan gəncləri milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər.

Politoloq hesab edir ki, ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu var: "Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu var. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər. Müasir dünyanın ən mühüm tələblərindən biri təhsilli və savadlı gənclərin yetişməsidir. Bu baxımdan Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında qeyd etdi: "Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır".

N.Məmmədova əlavə edib ki, Prezident İlham Əliyevin bu çıxışı ümummilli lider Heydər Əliyevin yeritdiyi siyasətə sadiqliyini göstərir: "Cünki ulu öndər Heydər Əliyev hələ sovet dövründə Azərbaycan gənclərinin SSRİ-nin müxtəlif ali məktəblərində təhsil almasına çalışırdı. Bu, ixtisaslı, savadlı gənc kadrlar sayəsində fövqəldövlətin bir respublikası kimi Azərbaycanın irəli getməsinə, nüfuz qazanmasına səbəb oldu. Bu gün də həmin mütəxəssislər Rusiya və digər MDB ölkələrində diasporumuzun əsasını təşkil edirlər".

Politoloq vurğulayıb ki, hazırda Azərbaycan dövlətinin strateji məqsədlərindən biri beynəlxalq münasibətlərdə dövlətimizin yeritdiyi siyasəti uğurla davam etdirməyi bacaran, dünyanın reallıqlarını aydın dərk edib ona uyğun fəaliyyət göstərmək potensialı olan gənc kadrların hazırlanması prosesinin davamlılığını təmin etməkdən ibarətdir:

"Eləcə də müasir dünyanın çağırışları savadlı, erudisiyalı gənclərin sayəsində ölkələrin dünyada öz layiqli yerini tutacağını deməyə əsas verir. Qloballaşma, dördüncü sənaye inqilabı, süni intellektin yaradılması hər bir dövlətdən adekvat davranış, çağırışlara strateji yol xəritələri ilə yanaşma tələb edir. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin başçılığı altında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət Vətənə bağlı, dövlətə sadiq, ölkəmizi beynəlxalq aləmdə uğurla təbliğ və təmsil etmək gücündə olan savadlı gənclərin yetişməsinə və layiqli yerlərini tutmasına səbəb olub".

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Həbs olunmuş dünya çempionuna atmaca:
Həbs olunmuş dünya çempionuna atmaca: - Orada şeir yazarsan
Arvadını döydüyü üçün həbs edilən budo döyüş idman növü üzrə dünya
Gələn həftə hava kəskin soyuyacaq
Gələn həftə hava kəskin soyuyacaq
Azərbaycanda fevralın 17-nə gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə
Prezidentdən Siyavuş Novruzovla bağlı sərəncam
Prezidentdən Siyavuş Novruzovla bağlı sərəncam
Prezident İlham Əliyev Milli Məclisin deputatı Siyavuş Novruzovun təltif
reklam
Narkoloji Mərkəzdəki “yanğın işi”:
Narkoloji Mərkəzdəki “yanğın işi”: - İntihar etmək istəyirdimsə, camaatı niyə yandırırdım?
Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla
Venesuelaya qarşı yeni sanksiyalar
Venesuelaya qarşı yeni sanksiyalar
ABŞ Venesuela hökumətinə qarşı yeni sanksiyalar tətbiq edib. Bu haqda ABŞ
Qohumlar birləşib, zavodun 75 min manatını “əritdi”
Qohumlar birləşib, zavodun 75 min manatını “əritdi”
İsmayıllıda istehsalat müəssisəsində dəfələrlə oğurluq edən dəstə
 
XİA.az - TƏQDİMAT