İstanbulda nələr yaşanır? - ASQ sədri açıqladı

İstanbulda nələr yaşanır? - ASQ sədri açıqladı

Bu günə qədər sizə açıqladığım rəqəmləri bütün siyasi partiyalarla paylaşıram. Bunlar müvəqqəti nəticələrdir və biz bələdiyyə rəhbərliyinə seçilməklə bağlı rəsmi sənədi vermək üçün qanuni etiraz prosesinin başa çatmasını gözləyirik.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Ali Seçki Qurumunun sədri Sadi Güvən deyib.

“İstanbulda da eyni proses işlədi. İstanbulda axşam bizə çatan sənədlərə əsasən, 8 ilçə (rayon) seçki qurumuna edilən etirazlar səbəbindən bu qurumlar təkrar sayım qərarı qəbul ediblər və bəzi seçki qurumları bu qərarın icrasına başlayıb. İlçə seçki qurumunun qərarı əsasında sayım işləri davam etdiyi bir vaxtda mahal seçki qurumuna etiraz edilib. İstanbul mahal seçki qurumu ilçə seçki qurumu qərarına qarşı etiraz haqqı olduğunu, bu prosesin gözlənməli olduğunu bildirərək, təkrar sayım işlərini dayandırmışdır. Bunun ardınca Ali Seçki Qurumu toplanaraq 298 saylı qanunun 118-ci maddəsinə əsasən, İstanbul mahal seçki qurumunun 2.4.2019 tarixli qərarının birinci maddəsinin ləğv edilməsinə, ilçə seçki qurumunun yenidən sayım qərarı ilə yenidən sayım başlanıbsa, prosesin nəticələndirilməsinə ehtiyac olduğuna, yenidən təşkil edilən sayımla ortaya çıxan nəticənin bütün siyasi partiya və müstəqil namizədlər baxımından qüvvədə olmasına qərar verilmişdir. Bu qərarı göndərdik, icra edilir.

Mənim qarşıma tək-tək ilçə seçki qurumu qərarı gəlmədi, amma etibarsız səslərin təkrar sayılması istənilib. Buna qərar veriblər. Bu ilk dəfə qəbul edilən bir qərar deyil. Bundan öncəki seçkilərdə də ilçə seçki qurumlarımız yenidən sayım qərarı verib. Bu sayım qərarından sonra prosesin yenidən başladıldığı halda hansısa məqamda bunun kəsilməyəcəyinə, sonuna qədər aparılmasına ehtiyac olduğuna qərar verildi. İstanbuldakı hadisə budur.

Biz sayımın edilib-edilməməli olduğu məqamını araşdırmadıq. Sadəcə sayıma qərar vermiş ilçələrdə sayım prosesinin başladılmasından sonra bunun artıq dayandırıla bilməyəcəyini, bu mərhələdə dayandırılacağı halda siyasi partiyaların lehinə və əleyhinə nəticələrə səbəb ola biləcəyini proqnozlaşdırdıq. Bəzən proses etiraz edənlərin deyil, etməyənlərin lehinə də nəticələnə bilir”, - Güvən bildirib.

Qeyd edək ki, AKP-nin İstanbulun müxtəlif ilçələrindəki seçki qurumlarına rəsmi etirazından sonra 7 ilçədə səslərin təkrar sayılmasına başlanılıb. Bundan sonra CHP-nin etirazları nəticəsində İstanbul mahal seçki qurumu yenidən sayım prosesinin dayandırılması barədə qərar qəbul edib. Ötən gecə 23:15-də fövqəladə iclas keçirən Ali Seçki Qurumu (Mərkəzi Seçki Komissiyası) isə məsələ ilə bağlı yekun qərar qəbul edib. Qurum İstanbul mahal seçki qurumunun şəhərin 7 ilçəsində (rayonunda) səslərin yenidən sayılmasının dayandırılması qərarını ləğv edib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Türk siyasətçi Ankara-İrəvan münasibətlərinin qurulması şərtini açıqlayıb
Türk siyasətçi Ankara-İrəvan münasibətlərinin qurulması şərtini açıqlayıb
“Azərbaycanın ərazi bütövlüyü təmin edilmədən İrəvanla Ankara arasında
Azərbaycanda 25 gün əvvəl qoşulub qaçan qadın ölüb
Azərbaycanda 25 gün əvvəl qoşulub qaçan qadın ölüb
Azərbaycanda 25 gün əvvəl ərə gedən qadın dünyasını dəyişib.
MTRŞ-dan açıqlama: “Röya söyüşə görə cəza almayacaq”
MTRŞ-dan açıqlama: “Röya söyüşə görə cəza almayacaq”
“Röyanın efirdə təhqiramiz ifadə işlətməsi 9 ay əvvəl baş verib, köhnə
reklam
Qan donduran hadisə
Qan donduran hadisə - Öldürdüyü 63 pişiyi soyuducuda saxladı - VİDEO
Amerikanın Minnesota əyalətində baş verən qan donduran hadisə eşidənlərin
Gömrükdə avtomobildən 3000 ədəd siqaret aşkarlanıb
Gömrükdə avtomobildən 3000 ədəd siqaret aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin
Gömrükdə narkotik vasitə - marixuana aşkarlanıb
Gömrükdə narkotik vasitə - marixuana aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada keçid
 
XİA.az - TƏQDİMAT