Prezident seçkilərindən bir il ötdü — Azərbaycanı işıqlı gələcəyə aparan LİDER

Prezident seçkilərindən bir il ötdü — Azərbaycanı işıqlı gələcəyə aparan LİDER
Heydər Əliyev məktəbinin ən istedadlı yetirməsi və onun siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyev düşünülmüş və inqilabi islahatları ilə həyatımıza yeni nəfəs verməkdədir.
Azərbaycanda 2018-ci ilin 11 aprel ayında keçirilən prezident seçkilərindən bir il ötür. Azərbaycan xalqı bir il öncə keçirilən seçkilərdən müasir Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndər Heydər Əliyev irsinin və siyasi kursunun layiqli davamçısı İlham Əliyevə yenə də etimad göstərdi.

Prezident seçkilərindən keçən ötən bir il müddəti “Ölkə.Az”a şərh edən deputat İlham Məmmədov bildirib ki, biz bu gün tam əminliklə Prezident İlham Əliyevi yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli apardığını qeyd edə bilərik.

“Ümumiyyətlə biz cənab İlham Əliyevin hakimiyyət illərini ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi kimi səciyyələndirə bilərik.

Prezident İlham Əliyev ötən yenidən xalqın etimadını qazandıqdan sonra Azərbaycanın növbəti mərhələdə qarşıda qoyduğu hədəflərə nail olmaq üçün inqilabi islahatlara start verdi. Bu islahatları ancaq belə dəyərləndirmək olar. Çünki belə genişmiqyaslı islahatlar dünya praktikasında analoqu olmayan islahatlardır. Ona görə ki, bu islahatlar dünyada baş verən qlobal iqtisadi və maliyyə böhranları fonunda həyata keçirilir. İslahatların ən ümdə hədəfi isə əhalinin həssas və aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi, ölkə vətəndaşının rifah halının yaxşılaşdırılmasına yönəlib. Bununla da ölkə başçısı bu düşünülmüş islahatları ilə həyatımıza yeni nəfəs gətirmış oldu. Bu islahatlar bir daha onu göstərdi ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir.

Bu fəaliyyəti ilə də İlham Əliyev Azərbaycan tarixinin ən yeni səhifələri kimi yaddaşlara yazılıb”,- deputat bildirib.

Yeni iqtisadi modelə keçidə ili

Deputat bildirib ki, son 1 ildə dövlət başçısı Azərbaycanı yeni iqtisadi modelə keçirdi, vergi və gömrük sahələrində ciddi dəyişikliklər oldu: “Belə ki, ölkədə mikro, kiçik və orta sahibkarlığın meyarları yeniləndi, gömrükdə “Yaşıl dəhliz” buraxılış sistemi işə düşdü, biznesə başlama, lisenziya və icazələr, yoxlamalar, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, əmlakın qeydiyyatı və xarici ticarət üzrə islahatlar aparıldı. Bununla da sahibkarların vergi yükü optimallaşdırıldı, vergi bazası genişləndirildi, leqallaşma, rəqəmsallaşma və vergi-gömrük administrasiyası ilə sahibkarların münasibətləri daha da sivil səviyyəyə qaldırıldı”.

İnstitutsional və struktur islahatları ili

O, əlavə edib ki, ötən il eyni zamanda institutsional və struktur islahatları ili kimi yadda qaldı:

“İ.Əliyevin ölkəyə rəhbərlik etdiyi bu bir ildə “Dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” qəbul edildi, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqrar tədarük və təchizat” ASC, eləcə də yeni mərkəzi icra hakimiyyəti qurumları - Dövlət Turizm Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi və s. yaradıldı, 2017-ci ilin sonunda yaradılmış İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi fəaliyyətə başladı”.

Sosial problemlərin həlli ili - kredit probleminin həlli

İ.Məmmədov bildirib ki, ölkə başçısı sosial sahədə islahatları həyata keçirməklə yanaşı, mövcud sosial problemlərin həlli istiqamətində inqilabi addımlar atdı:

“Bunun bariz nümunəsi isə cəmiyyəti ciddi narahat edən problemli kreditlər məsələsi idi. Dövlət başçısı bu problemin həlli ilə bağlı olaraq 2019-cu ilin fevralın 28-də imzaladığı “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı xüsusi qeyd olunmalıdır. Fərmana əsasən, Azərbaycan vətəndaşlarının xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarına qədər olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi dövlət büdcəsinin vəsaiti hesabına 3 aydan gec olmayaraq manatla ödəniləcək. Bir milyona yaxın insanın faydalanacağı bu fərmanla Azərbaycan digər post-sovet ölkələrinə nisbətən problemli kreditlərin həllində daha sistemli və əhatəli yanaşmanı ortaya qoydu, əhalinin maraqlarını daha yüksək səviyyədə nəzərə aldı, eləcə də bank sektoruna dəstək verdi”.

O, deyib ki, bundan əlavə olaraq insanları narahat edən çoxmənzilli binaların sənədləşdirilməsinin sadələşdiirlməsi ilə bağlı sərəncam imzalandı. Bu sərəncam on minlərlə insana öz mülkünün sahibi olma imkanı yaradacaq.
Sosial müdafiə gücləndirildi

Deputat əlavə edib ki, Prezident bu müddət ərzində ölkə vətəndaşlarının həssas təbəqəsinin sosial problemlərini həll etməklə yanaşı, ümumiyyətlə insanlarımızın sosial vəziyyətinin yaxılaşdırılması istiqamətində kompleks addımlar atdı və bu proses davam etməkdədir:

“Bu ilin mart ayından Azərbaycanda minimum aylıq əmək haqqı 50 manat və yaxud 38,5% artırılaraq 130 manatdan 180 manata, minimum pensiya isə 44 manat və yaxud 37,9% artırılaraq 116 manatdan 160 manata çatdırıldı. Təqaüd və müavinətlərdə də nəzərəçarpacaq dərəcədə artım oldu. Təkcə maaşlarla bağlı artım 600 min, pensiyalarla bağlı artım isə 233 min insanı əhatə etdi”.

O, bildirib ki, həyata keçirilən bu islahatlar nəticəsində ölkə iqtisadiyyatı sürətli və dinamik inkişaf dövrünə qədəm qoydu.

Meqa layihələrin başa çatması ili oldu

Azərbaycanın iştirakçısı olduğu qlobal layihələr Avropanın enerji xəritəsini dəyişib.

Deputat qeyd edib ki, ötən bir ildə Azərbaycan dünyanın emerji təhlükəsizliyi, qitələrarası nəqliyyat dəhlizinin yaradılması, iri iqtisadi layihələrin həyata keçirilməsi baxımından da yadda qalan il olub.

“Ötən bir il də bir sıra meqa layihələr başa çatdırıldı. Prezident İlham Əliyevin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş enerji siyasətini uğurla davam etdirməsi nəticəsində Azərbaycan bu sahədə əsas oyunçulardan birinə çevrilib. Dövlətimizin başçısının enerji siyasəti ilə bağlı təşəbbüsləri və reallaşan layihələr regional çərçivələrdən çıxaraq qlobal miqyas alıb. Bir qədər geri qayıdıb tarixə nəzər salmaq lazım gəlir. 2006-cı ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri istifadəyə verildi. 2014-cü il sentyabrın 20-də Avropanın enerji təhlükəsizliyinin, həmçinin Azərbaycanın perspektiv inkişafının və iqtisadi maraqlarının təmin edilməsində böyük rol oynayacaq Cənub Qaz Dəhlizinin təməli qoyuldu. 2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimi keçirildi. TAP layihəsinin icrası isə qrafik üzrə davam etdirilir. 1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in (“Əsrin müqaviləsi”) müddəti 2017-ci il sentyabrın 14-də 2050-ci ilə qədər uzadıldı. Bu hadisə Azərbaycanda uzun illər bundan sonra da neftin hasilat səviyyəsinin sabit qalmasına, neft sektoruna xarici investisiya qoyuluşunun təmin olunmasına imkan yaradıb.
Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görüldü. Təməli 2007-ci ildə qoyulmuş Bakı–Tbilisi–Qars dəmir yolunun 2017-ci il oktyabrın 30-da Bakıda rəsmi açılışı oldu. Azərbaycanın Rusiya, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları tikildi. 2018-ci il sentyabrın 18-də yeni Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yolunun istifadəyə verilməsi ilə Azərbaycan ərazisində “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin reallaşması üçün bütün işlər başa çatdırıldı. Azərbaycan siyasi, iqtisadi və strateji baxımdan böyük əhəmiyyətə malik həmin beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirak etməklə Avrasiyada mühüm tranzit və logistika mərkəzlərindən birinə çevrildi”.

İlham Əliyev Azərbaycanı gələcəyə inamla aparır

İ.Məmmədovun fikrincə, bütün bunlar əminliklə onu deməyə əsas verir ki, İlham Əliyevin rəhbərliyi altında Azərbaycanı qarşıda daha parlaq gələcək gözləyir:

“Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşdı. Bu, modern Azərbaycan dövləti modelidir. Bütün bunlar ölkəmizin gələcək inkişafının qarantı sayıla bilər. Ötən bir il bunun bariz nümunəsidir.
Onun rəhbərliyi altında Azərbaycanda həyata keçirilən siyasətin alternativi yoxdur. Xalq-iqtidar birliyi uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açır.

Bu günümüzün daha bir reallığı isə ondan ibarətdir ki, Azərbaycan sürətli inkişaf yolunda inamla irəliləyir, onu qarşıda daha möhtəşəm uğurlar gözləyir”.

Mürtəza
Ölkə.Az

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Türk siyasətçi Ankara-İrəvan münasibətlərinin qurulması şərtini açıqlayıb
Türk siyasətçi Ankara-İrəvan münasibətlərinin qurulması şərtini açıqlayıb
“Azərbaycanın ərazi bütövlüyü təmin edilmədən İrəvanla Ankara arasında
Azərbaycanda 25 gün əvvəl qoşulub qaçan qadın ölüb
Azərbaycanda 25 gün əvvəl qoşulub qaçan qadın ölüb
Azərbaycanda 25 gün əvvəl ərə gedən qadın dünyasını dəyişib.
MTRŞ-dan açıqlama: “Röya söyüşə görə cəza almayacaq”
MTRŞ-dan açıqlama: “Röya söyüşə görə cəza almayacaq”
“Röyanın efirdə təhqiramiz ifadə işlətməsi 9 ay əvvəl baş verib, köhnə
reklam
Qan donduran hadisə
Qan donduran hadisə - Öldürdüyü 63 pişiyi soyuducuda saxladı - VİDEO
Amerikanın Minnesota əyalətində baş verən qan donduran hadisə eşidənlərin
Gömrükdə avtomobildən 3000 ədəd siqaret aşkarlanıb
Gömrükdə avtomobildən 3000 ədəd siqaret aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin
Gömrükdə narkotik vasitə - marixuana aşkarlanıb
Gömrükdə narkotik vasitə - marixuana aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada keçid
 
XİA.az - TƏQDİMAT