Mahmudov məmurları necə dinləyib? - TƏFƏRRÜATLAR

Mahmudov məmurları necə dinləyib? - TƏFƏRRÜATLAR
Sabiq BTRİB rəisi, hazırda Sabunçu telefon qovşağının rəhbəri Nəriman Salmanov telefon danışıqları vasitəsilə dinləmələrin hansı qaydada həyata keçirilməsi və hətta dövlətdə yüksək vəzifələrdə təmsil olunan şəxslərin istifadə etdiyi 4 rəqəmli telefon nömrələrinin də dinlənilmısi barədə ifadə verib.

XİA.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, N.Salmanov bildirib ki, Bakı şəhərində yerləşən telefon qovşaqlarının əksəriyyətində ləğv edilmiş MTN-ə məxsus otaqlar olub: "Həmin otaqlarda da müvafiq avadanlıqlar yerləşdirildi, otaqlara baxmaq səlahiyyətim yox idi. Eyni zamanda ATS-lərin Krosslarında (ara bağlantı) MTN-ə məxsus müdafiə zolaqları var idi, həmin müdafiə zolaqları MTN-ə məxsus otaqlarla kabel vasitəsilə birləşdirilmişdi. Həmçinin hər bir ATS-in Krossunda MTN-lə əməkdaşlıq edən işçi olurdu, hər hansı abonentin danışığına qulaq asmaq zərurəti yarandıqda MTN əməkdaşının müvafiq Kross işçisinə bu barədə şifahi məlumat verirdi. Kross işçisi də deyilən abonentə məxsus naqili MTN-ə məxsus müdafiə zolağına birləşdirirdi. Daha sonra isə qulaq asma prosesi başlayırdı".

İttihama görə, keçmiş MTN rəhbərliyi dövlətin yuxarı pillələrində təmsil olunan şəxslərin istifadə etdiyi 4 rəqəmli teleofonları da dinləyib.

N.Salmanov Yasamal telefon qovşağının "Kross sexi"ndə hökumət rabitəsinə məxsus dörd rəqəmli abonentlərlə aparılan danışıqlara qulaq asılmasından məlumatsız olduğunu deyib: "Bakı telefon rabitəsi istehsalat birliyinin baş direktoru vəzifəsində işlədiyim müddətdə xidməti otağımda neçə ədəd telefon yuvasının qoşulduğunu xatırlamıram. Ancaq təxminən 4 ədəd telefon xəttindən istifadə olunurdu. Mən vəzifədə olanda 34 ədəd telefon xətti olmadığını dəqiq bilirəm. Beytulla Hüseynov yalan deyir, həmin telefon xəttlərini sonradan özü çəkdirib".

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
“İmamzadə” dini–mədəniyyət kompleksi ən dəyərli memarlıq abidələrindən biridir
“İmamzadə” dini–mədəniyyət kompleksi ən dəyərli memarlıq abidələrindən biridir
Bu kompleksin ən qiymətli abidəsi türbədir. “İmamzadə” dini-memarlıq
Gəncədə yeni mini futbol meydançası istifadəyə verilib
Gəncədə yeni mini futbol meydançası istifadəyə verilib
Meydança Azərbaycan və ABŞ hökumətlərinin birgə maliyyə dəstəyi ilə ərsəyə
VİDEOREPORTAJ
VİDEOREPORTAJ - Şəkidə 18.2 km-lik avtomobil yolunun tikintisi bitmək üzrədir
Yük və sərnişin daşımasını yaxşılaşdırmaq istiqamətində dövlət başçısının
reklam
Azərbaycan Qəbələ RLS-in saxlanmasına 759,4 min manat xərcləyib
Azərbaycan Qəbələ RLS-in saxlanmasına 759,4 min manat xərcləyib
Azərbaycanın dövlət büdcəsindən 2013-cü ilin ortalarında Rusiyadan təhvil
Prezident təqaüdü alanların sayı 57822 nəfərə çatıb
Prezident təqaüdü alanların sayı 57822 nəfərə çatıb
2016-cı ildə taqaüdlər və sosial müavinətlərlə bağlı xərclərdən 80069,3
İŞİD-in 3 rəhbər şəxsi öldürüldü
İŞİD-in 3 rəhbər şəxsi öldürüldü
Aprelin 27-də Suriyanın Məyəddin şəhərində Türkiyə vətəndaşı Mustafa
 
XİA.az - TƏQDİMAT