Taxt uğrunda mübarizə: Son sözü azərbaycanlı “oğru”lar deyəcək

Taxt uğrunda mübarizə: Son sözü azərbaycanlı “oğru”lar deyəcək

Rusiya kriminal aləminin yeni “xaç atası” olmaq üçün qızışan mübarizədən Tyurikin qalib çıxacağına dair məlumatlar yayılıb.

İlk dəfə olaraq kriminal aləmə koalisiyanın rəhbərlik etməsi barədə razılıq artıq əldə edilmək üzərdir. Bu razılığa əsasən Tyurik “oğru” dünyasının rəhbərlik taxtında oturdulacaq. Ancaq ona bu işdə Laşa Rustavski, Şişkan və Piquç yardımçı olacaq.

Lakin bu gün “xaç atası” postuna iddialılar arasında başqa namizədin adı çəkilib. Cebhe.info Rusiya mətbuatına istinadən bildirir ki, həbsindən əvvəl Şakro Molodoyun iddialı olduğu yerə Gela Kardavanın namizədliyi də gözdən keçirilir. O, 2013-cü ildə öldürülən “xaç atası” Ded Xasan klanının ən nüfuzlu nümayəndələrindən biridir.

Kardava 2013-cü ildə Rusiyadan Gürcüstana deportasiya edilib. Buna səbəb “qanuni oğru”nun saxta sənəd daşıması olub. 5 il müddətində Rusiyaya girişinə yasaq qoyulub. Lakin mətbuat iddia edir ki, Kardava gizli şəkildə Moskvaya gedir və Rusiyaya qayıdışı üçün hüquqi məsələləri yoluna qoymağa çalışır. Moskva məhkəməsində məsələnin 2018-ci ildən tez həllinə nail olmaq üçün bəzi dairələrlə danışıqlar aparılır. Mətbuat iddia edir ki, Kardavanın taxta oturdulması bir çox “qanuni oğru”ları təmin edəcək. Onların arasında Mironun da olduğu deyilir.

Bəzi iddialara görə isə, Rövşən Lənkəranskidən sonra azərbaycanlı “oğru”lar Lotu Quli, Vaqif, Rəşad və digərlərinin də bu məsələdə rolu həlledici olacaq. Onların slavyan “oğru”larla münaqişəli durumu nəzərə alınaraq Gela Kardava “yaşıl işıq” yandıracaqları gözləniləndir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Qarabağda erməni əsgəri yaralanıb
Qarabağda erməni əsgəri yaralanıb
Yanvarın 16-da saat 23:55-də Azərbaycan və Ermənistan qoşunlarının təmas
Paytaxt sürücülərinin nəzərinə!
Paytaxt sürücülərinin nəzərinə!
Aparılacaq təmir işləri və yüksək gərginlikli elektrik xətlərinin
Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun icraçı sədri ilə görüşüb
Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun icraçı sədri ilə görüşüb
Yanvarın 16-da Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvabın adından
reklam
Zakir Bədəlov:
Zakir Bədəlov: - “Çovdarov dedi ki, 200 min dollar ver, yoxsa səni deportasiya etdirəcəyəm”
O, bildirib ki, 1990-cı ildən etibarən Azərbaycan Respublikasında yaşayır,
İlham Əliyev Türkiyənin Fəxri doktoru adına layiq görüldü
İlham Əliyev Türkiyənin Fəxri doktoru adına layiq görüldü
XİA.az xəbər verir ki, bu barədə olkə.Az-a eksklüziv açıqlamasında həmin
YPX əməkdaşları Gəncədə reyd keçirib - onlarla cərmələnənlər var
YPX əməkdaşları Gəncədə reyd keçirib - onlarla cərmələnənlər var
Reydlər zamanı müxtəlif yaş qruplarından olan piyadaların qayda pozduqları
 
XİA.az - TƏQDİMAT