Həsən Ruhani Azərbaycan və İran arasında imzalanmış sazişi təsdiqləyib

Həsən Ruhani Azərbaycan və İran arasında imzalanmış sazişi təsdiqləyib
Azərbaycan və İran arasında imzalanmış saziş prezident Həsən Ruhani tərəfindən təsdiq olunub.

XİA.az APA-yaistinadan xəbər verir ki, prezident Həsən Ruhani İran konstitusiyasının 123-cü maddəsini rəhbər tutaraq parlamentin təsdiq etdiyi qanunun icra olunması ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” sazişin icrası ölkənin Energetika Nazirliyinə həvalə edilib.

Qeyd edək ki, Azərbaycan və İran arasında imzalanmış “Xudafərin” və “Qız Qalası” Sazişi 2016-cı ilin dekabr ayının 7-də İran parlamenti tərəfindən ratifikasiya edilib və ölkənin Konstitusiyaya Nəzarət Şurası tərəfindən təsdiqlənib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
​İŞİD-dən şok anons: İranı işğal edəcəyik...
​İŞİD-dən şok anons: İranı işğal edəcəyik...
Videoda İŞİD-in 3 nümayəndəsi çıxış edir. Bu şəxslər İrandan yaşayan fars,
Neftçalada balıqçı Kür çayında batdı
Neftçalada balıqçı Kür çayında batdı
Ötən gün axşam saatlarında Neftçalanın 2-ci Mayak kəndinin ərazisində
MTN polkovnikinin cinayət işinə xitam verilib
MTN polkovnikinin cinayət işinə xitam verilib
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin
reklam
Əli İnsanovun cinayət işi məhkəməyə göndərilib
Əli İnsanovun cinayət işi məhkəməyə göndərilib
Ə. İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət
 
XİA.az - TƏQDİMAT