Rəcəb Tayyib Ərdoğan: Onlara dost deməyə dilim gəlmir

Rəcəb Tayyib Ərdoğan: Onlara dost deməyə dilim gəlmir

XİA.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin xarici dövlətlərdəki səfirlərinin 9-cu toplatısında deyib.

Rəsmi Ankaranın Qərbdəki müttəfiqlərini sərt formada tənqid edən prezident qeyd edib ki, Türkiyədə adı “qara siyahı”da olan FETÖ-çu şəxsi ABŞ-da rektor təyin ediblər: “Bu necə olur? Avropa dəyərlərinin bu dərəcədə ayaqlar altına atılmasının səbəblərini anlamırıq.

Suriyalı qaçqınlardan sığınacaq əsirgəndiyi halda, FETÖ və PKK qruplaşmasnın terrorçularına bu haqq qızıl məcmeyidə verilir. Onlar dövlət çevirlişi edənlərə və terrorçulara sahib çıxırlar. Əlbəttə, belə bir mənzərə qarşısında onlara dost deməyə dilim gəlmir. Ən azından mütəfiq dediyimiz dövlətlərə bu yaraşmır”.

Qeyd edək ki, yanvarın 8-dən Ankarada Türkiyənin xarici ölkələrdəki səfirlərinin 9-cu konfransı keçirilir. “2023-ə doğru: Milli dəyərlər və qlobal hədəflər” adlı tədbirdə terrora qarşı mübarizə məsələsi də müzakirə edilir.

Konfransda Avropa İttifaqına hazırda sədrlik edən Maltanın xarici işlər naziri Corc Vella, Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze, Tunisin xarici işlər naziri Xemais Jinau, Finlandiyanın xarici işlər naziri Timo Soyni, Beynəlxaq Miqrasiya Təşkilatının baş direktoru Leys Svinq də iştirak edirlər.

Toplantı yanvarın 14-də başa çatacaq.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Meksika prezidenti ABŞ dövlət katibi ilə görüşüb
Meksika prezidenti ABŞ dövlət katibi ilə görüşüb
Meksika prezidenti Enrike Penya Nyeto ötən gün Mexikodakı iqamətgahında
İŞİD Əl-Babı tərk etməyə qərar verib
İŞİD Əl-Babı tərk etməyə qərar verib
İŞİD terrorçuları Suriyanın Əl-Bab şəhərini tərk etməyə qərar veriblər.
VİDEO
VİDEO - Üzünü göstərmir, kimliyini də demir, amma 300 manata onlayn fala baxır
Falçılar indi də sosial şəbəkələrdə baxıcılıq edir. Hətta üzləri
reklam
"Mehriban Əliyevanın təyinatı xalqımızın ürəyindəndir" - Fəttah Heydərov
F. Heydərov bildirib ki, Mehriban Əliyeva yorulmaz fəaliyyəti ilə
Masallıda molla həbs edildi
Masallıda molla həbs edildi
O bildirib ki, S.Babayev Masallıda pasport qeydiyyatında olsa da, əsasən
Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT:
Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT: - 96 yaşlı qadını zorladı
Zorlama və quldurluqda ittiham olunan 1969-cu il təvəllüdlü Zaqatala rayon
 
XİA.az - TƏQDİMAT