Vüqar Bayramov: Bankların qərarları “qara bazar”ı canlandırır

Vüqar Bayramov: Bankların qərarları “qara bazar”ı canlandırır
Bəzi banklar dolları alarkən elə prosedur tətbiq edirlər ki, bu da nəticədə əlində olan dolları satmaq istəyən sadə vətəndaşları “qara bazar”a yönəldir.

XİA.az xəbər verir ki, dolları bankda dəyişmək istəyənlər hesab açmalı, bunun üçün yarım saat gözləməli, əlavə hesabın açılması üçün vəsait ödəməlidirlər.

Ekspertlər bildirir ki, bəzi bankların bu cür addımı yolverilməzdir və bu “qara bazar”ın canlanmasına təkan verməkdən başqa bir şey deyil.

Son günlər bir çox vətəndaşlar banklara gedib dolları manata çevirmək istəyərkən maraqlı bir mənzərə ilə qarşılaşırlar. Bankdan deyilir ki, siz bunun üçün şəxsiyyət vəsiqəsi təqdim edərək bankda hesab açdırmalısınız.

Belə olan təqdirdə vətəndaş müəyyən qədər vaxt itirdikdən sonra dolları manata çevirə bilir. Bankların dollar alışına qoyduğu qadağalar müəyyən mənada başadüşülən olsa da, vətəndaşın dolları banka satarkən hansısa məhdudiyyətlə qarşılaşması anlaşılan deyil.

Çünki bu halla qarşılaşan istənilən vətəndaş dollarını bankda deyil “qara bazar”da satmağa meylli olur. İqtisadçı-alim Vüqar Bayramov bildirir ki, bankların bu cür addım atması hətta Azərbaycan Mərkəzi Bankının (AMB) qoyduğu qaydalara da ziddir.

Ekspert bildirir ki, bəzi bankların dolları vətəndaşlardan alarkən yaratdığı maneələr ancaq “qara bazar”ın fəaliyyətinin artmasına və turistləri Azərbaycandan uzaqlaşdırmağa xidmət edir.

V.Bayramov bəzi banklar dollar alışı zamanı tətbiq etdiyi qanunsuz tələblərin qarşısını almaq üçün aidiyyatı qurumlarının ciddi nəzarətinin vacibliyinə diqqət çəkir.

Ekspertin fikrincə, vətəndaşlardan dollar alışının asanlaşdırması bankların da xeyrinədir:

“Çünki, bankların dollar əldə etməsi onların xarici valyuta ilə olan öhdəliklərini yerinə yetirməsi üçün vacibdir. Bundan başqa banklar dollar satışını çətinləşdirəndə panika yaranır və dollara tәlәbat artır. Belə süni qeyri-sabit maliyyə şəraiti isə nə bankların, nə də vətəndaşların xeyrinədir”.
baku.ws

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Trampın kürəkəni ABŞ administrasiyasında vəzifə aldı
Trampın kürəkəni ABŞ administrasiyasında vəzifə aldı
Donald Trampın kürəkəni və eyni zamanda müşaviri Cared Kuşner Ağ ev
İlham Əliyev Saatlı rayonuna səfər edib
İlham Əliyev Saatlı rayonuna səfər edib
Azərbaycan Prezidenti İlham Əliyev Saatlı rayonunda səfərdədir.
reklam
“Azərsun”un məhsulu ilə dolu yük maşını müəmmalı şəkildə yoxa çıxıb
“Azərsun”un məhsulu ilə dolu yük maşını müəmmalı şəkildə yoxa çıxıb
Ukraynada “Azərsun Holdinq” şirkətinə məxsus ət məhsulu ilə yüklənmiş yük
Ucarda yük maşınları ağır qəza törədib:
Ucarda yük maşınları ağır qəza törədib: - Ölən var
Ucar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Azad Cavadov:
Azad Cavadov: - Bağlanmış bankların əmlakını satmağa hazırlaşırıq
“Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu
 
XİA.az - TƏQDİMAT