Prezident: İki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir

Prezident: İki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir
Bizim gördüyümüz işlər dünyanın aparıcı, mötəbər beynəlxalq iqtisadi və maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Bu da çox vacibdir. Çünki biri var bunu biz özümüz deyirik, biri də var ki, bunu beynəlxalq qurumlar qeyd edir. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 65-ci yerdədir. Bu, yaxşı göstəricidir. Əlbəttə, biz çalışmalıyıq ki, daha yüksək pilləyə çıxaq. Ancaq indiki şəraitdə dediyim bütün o amilləri nəzərə alaraq hesab edirəm ki, bu, kifayət qədər yüksək göstəricidir".

Ölkə.Az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Prezident bildirib ki, dünyanın aparıcı iqtisadi beynəlxalq forumunun - Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 3 pillə irəliləyərək 40-cı pillədən 37-ci pilləyə qalxıb. Bu da hesab edirəm ki, rekord göstəricidir. Biz MDB məkanında yenə də birinciyik və bu birinciliyi saxlamışıq. Bax, budur, beynəlxalq aparıcı iqtisadi qurumların hesabatları.

“Düzdür, müxtəlif qeyri-hökumət təşkilatları var, hamımız bilirik ki, onlar haradan maliyyələşir, onların hədəfi bizə ləkə vurmaq, bizi qaralamaq, bizim işimizə kölgə salmaqdır.

Onların illər boyu apardıqları antiazərbaycan kampaniyaları heç bir nəticə vermir. Onların reytinqlərinə heç fikir verməyə də dəyməz. Eyni zamanda, özlərini böyük iqtisadiyyatçı adlandıran bəzi yerli nümayəndələr də müxtəlif çıxışlar edirlər, müxtəlif qiymətlər verirlər. Tamamilə cəfəng fikirlərdir, bizim gözəl atalar sözü var: “İki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir”. Yəni, bütün bunlara fikir vermək lazım deyil.

Əsas bizim uğurlu inkişafımızdır, aparıcı beynəlxalq iqtisadi qurumların qiymətidir və bizim reallığımızdır. Reallıq isə ondan ibarətdir ki, biz 2016-cı ildə bu böhranlı vəziyyətdən şərəflə çıxa bildik, ölkəmizdə 100 mindən çox daimi iş yeri açılmışdır, kənd təsərrüfatının, qeyri-neft sənayemizin inkişafı bizə imkan verir ki, biz gələcəyə nikbinliklə baxaq. Biz bu gün görüləcək işlər haqqında da danışacağıq. Bizim planlarımız kifayət qədər böyükdür və onların icrası nəticəsində ölkə iqtisadiyyatı öz dinamikasını sürətləndirəcək”, - deyə İlham Əliyev bildirib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Meksika prezidenti ABŞ dövlət katibi ilə görüşüb
Meksika prezidenti ABŞ dövlət katibi ilə görüşüb
Meksika prezidenti Enrike Penya Nyeto ötən gün Mexikodakı iqamətgahında
İŞİD Əl-Babı tərk etməyə qərar verib
İŞİD Əl-Babı tərk etməyə qərar verib
İŞİD terrorçuları Suriyanın Əl-Bab şəhərini tərk etməyə qərar veriblər.
VİDEO
VİDEO - Üzünü göstərmir, kimliyini də demir, amma 300 manata onlayn fala baxır
Falçılar indi də sosial şəbəkələrdə baxıcılıq edir. Hətta üzləri
reklam
"Mehriban Əliyevanın təyinatı xalqımızın ürəyindəndir" - Fəttah Heydərov
F. Heydərov bildirib ki, Mehriban Əliyeva yorulmaz fəaliyyəti ilə
Masallıda molla həbs edildi
Masallıda molla həbs edildi
O bildirib ki, S.Babayev Masallıda pasport qeydiyyatında olsa da, əsasən
Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT:
Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT: - 96 yaşlı qadını zorladı
Zorlama və quldurluqda ittiham olunan 1969-cu il təvəllüdlü Zaqatala rayon
 
XİA.az - TƏQDİMAT