Şeyxin müavini: “Bu gün İslam ölkələri atəşin içərisinə atılıb”

Şeyxin müavini: “Bu gün İslam ölkələri atəşin içərisinə atılıb”
“Bu ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilməsi təqdirəlayiq addımdır”.

Bunu Ölkə.Az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini hacı Sabir Həsənli Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam həmrəyliyi ili” elan edilməsinə münasibət bildirərkən deyib.

QMİ sədrinin müavini qeyd edib ki, İslam vəhdət, həmrəylik, sülh və əməkdaşlıq dinidir.

Onun sözlərinə görə, Azərbaycan da müsəlman ölkəsi olaraq İslam dininə bu cür töhfələr verir:

“Bu il Azərbaycan İslam ölkələrinin beynəlxalq idman oyununa ev sahibliyi edəcək. Bu, Azərbaycan dövlətinin bu sahədə apardığı siyasətin həm də dünyaya mesajıdır. Bu mənada 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilməsi təqdirəlayiq addımdır.

Arzumuz odur ki, Allahın köməyi ilə 2017-ci ildə müsəlman ölkələrində baş verən xoşagəlməz hadisələr səngiyər, sona çatar, əmin-amanlıq bərpa olunur. Düşünürəm ki, dünyanın gələcəyinin sahibi İslam dinidir. Allah taala Qurani Kərimdə də buyurur ki, İslam mükəmməl və təkmilləşmiş dindir. İslam dünyəvi deyil, bəşəri dindir. Ona görə də Azərbaycanda bu sahədə aparılan siyasət uğur qazanacaq”.

S.Həsənli bu il Bakıda İslam Həmrəyliyi Oyunlarının da təşkil olunacağını diqqətə çatdırıb:

“İslam ölkələrinin idmançıları Azərbaycanda öz güclərini sınayacaq. Bu baxımdan da cənab Prezidentin 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan etməsi vacib əhəmiyyət daşıyır. Mən arzu edirəm ki, təkcə 2017-ci il deyil, bütün illər İslam həmrəyliyi ili olsun. Çünki hazırda əksər müsəlman ölkələrində müharibələr, münaqişələr hökm sürür. Qərbin müdaxilələri nəticəsində bu gün İslam ölkələri atəşin içərisinə atılıb”.

QMİ rəsmisi vurğulayıb ki, ötən il Azərbaycanda “Multikulturalizm ili” çərçivəsində xeyli işlər görülüb:

“Bu il də 2016-cı ilin davamı olaraq İslam həmrəyliyini yaşayacağıq. Əslində, Azərbaycan xalqı tarixən multikultural və tolerant olub, digər mədəniyyətlərə və dinlərə hörmətlə yanaşıb. Sadəcə olaraq, Azərbaycan xalqının bütün bu dəyərlərini dünyaya təqdim etmək lazım idi. Sağ olsun cənab Prezident ki, bunu da etdi”.

Ramal Hüseynli

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
​İŞİD-dən şok anons: İranı işğal edəcəyik...
​İŞİD-dən şok anons: İranı işğal edəcəyik...
Videoda İŞİD-in 3 nümayəndəsi çıxış edir. Bu şəxslər İrandan yaşayan fars,
Neftçalada balıqçı Kür çayında batdı
Neftçalada balıqçı Kür çayında batdı
Ötən gün axşam saatlarında Neftçalanın 2-ci Mayak kəndinin ərazisində
MTN polkovnikinin cinayət işinə xitam verilib
MTN polkovnikinin cinayət işinə xitam verilib
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin
reklam
Əli İnsanovun cinayət işi məhkəməyə göndərilib
Əli İnsanovun cinayət işi məhkəməyə göndərilib
Ə. İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət
 
XİA.az - TƏQDİMAT