AzTV-nin əməkdaşını avtomobil vurub öldürüb - YENİLƏNİB

AzTV-nin əməkdaşını avtomobil vurub öldürüb
AzTV-nin əməkdaşı Lamiyə Quliyevanı idarə etdiyi avtomobil ilə vurub öldürən Xamis Ağcayev özü də tanınmış şəxsdir.

XİA.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, qəzanı törədən X.Ağcayev “SOY” prodakşının rejissor köməkçisidir. O, bundan əvvəl müğənni Sevda Yəhyayeva və Rahidə Baxışovanın prodüseri olub.

“SOY” prodakşının rəhbəri Oqtay Əliyev məlumatı təsdiqləyib. O bildirib ki, X.Ağcayev dünən elə hadisə yerindəcə polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılıb.

Hadisə dünən axşam saatlarında Parlament prospektində baş verib. İşdən çıxan Lamiyə Quliyeva prospektdə piyada keçidi ilə yolu keçərkən Bakı şəhər sakini Xamis Ağcayevin idarə etdiyi “Mercedes” markalı avtomobil vurub. Xəsarət alan Lamiyə Quliyeva xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 38 yaşlı Lamiyə Quliyeva dövlət televiziyasında suflyor mütəxəssisi işləyirdi.

31 may, 23:46

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşını avtomobil vurub.

XİA.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Parlament prospektində baş verib.

Axşam saatlarında işdən çıxan Lamiyə Quliyeva prospektdə piyada keçidi ilə yolu keçərkən Bakı şəhər sakini Xamis Ağcayevin idarə etdiyi “Mercedes” markalı avtomobil vurub.

Xəsarət alan Lamiyə Quliyeva xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 38 yaşlı Lamiyə Quliyeva dövlət televiziyasında suflyor mütəxəssisi işləyirdi.

Hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

10:35

Bakının mərkəzində ağır yol qəzası baş verib.

XİA.az lent.az-a istinadən xəbər verir ki, gecə saat 21:50 radələrində Parlament prospektində “Mercedes C 230” markalı avtomobili yolu keçən 35-40 yaşlı qadını vurub.

Ağır xəsarət alan qadın xəstəxanada vəfat edib.

Araşdırmalar nəticəsində məlum olub ki, ölən qadın 1979-cu il təvəllüdlü Quliyeva Lamiyə Əfrail qızıdır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
AŞPA-nın QIŞ SESSİYASINDA
AŞPA-nın QIŞ SESSİYASINDA
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr
Uzunluğu 29 km olan Balakən-Qazbinə-İtitala avtomobil yolu yenidən qurulur
Uzunluğu 29 km olan Balakən-Qazbinə-İtitala avtomobil yolu yenidən qurulur - VİDEO
Respublika ərazisində kəndlərarası və qəsəbələrarası avtomobil yolların
Dövlət Agentliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Dövlət Agentliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Tədbirdə 20 yanvar faciəsində vətənin azadlığı, suverenliyi və birliyi
reklam
Poroşenkonun istirahətinə Saakaşvilidən atmaca
Poroşenkonun istirahətinə Saakaşvilidən atmaca
“Mənə Kiyev qarı hər şeydən əzizdir. O, mənə Maldivlərdən də əzizdir.
ABŞ və Türkiyə Afrində üz-üzə
ABŞ və Türkiyə Afrində üz-üzə - Şeytan planı
“Afrin mövqe etibarı ilə Türkiyə üçün strateji əhəmiyyətə sahib bir
Ermənistanın başına keçməyə hazırlaşan namizəd kimdir?
Ermənistanın başına keçməyə hazırlaşan namizəd kimdir? - DOSYE
Parlamentdə hakim Respublika Partiyası üzvlərinin sayının ümumi
 
XİA.az - TƏQDİMAT
FAKT